
İyunun 10-da Albaniyanın “Aleksander Moisiu” Universitetinin rektoru professor Şkelqim Fortuzi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rəsmi səfərdə olub.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində professor Fortuzi ADNSU-nun rektoru dosent Rüfət Əzizovla görüşüb. Görüş zamanı tərəflər iki universitet arasında təhsil və elmi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Gələcəkdə tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və digər qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Dosent Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tarixi, müasir təhsil imkanları və beynəlxalq əməkdaşlıq strategiyası barədə məlumat verib. Professor Şkelqim Fortuzi isə ADNSU ilə əməkdaşlığa başlayan ilk alban ali təhsil müəssisəsi olan “Aleksander Moisiu” Universiteti haqqında ətraflı məlumat verib. O, iki təhsil müəssisəsi arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasını mühüm addim kimi səciyyələndirib.
Görüşdə mümkün əməkdaşlıq imkanlarını müzakirə edildikdən sonra tərəflər arasında memorandum imzalanıb.
Səfər çərçivəsində qonaq rektor və “Aleksander Moisiu” Universitetinin Layihələr və xarici əlaqələr şöbəsinin direktoru Bledar Kurti ilə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova və şöbənin əmədaşları ilə birlikdə dəyirmi masa ətrafında əməkdaşlıqdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar ADNSU-nun Tarix və Mineralogiya Muzeyi, kompüter otaqları və laboratoriyaları ilə tanış olub, universitetin maddi-texniki bazası və təhsil infrastrukturu barədə geniş məlumat alıblar.
1 /13
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər