Bütün xəbərlər
6 avqust, 13:34

2024/2025-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti (WMG at the University of Warwick) arasında “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə magistratura səviyyəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramının I kurs tələbələri 3–24 avqust tarixlərində İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində təşkil olunmuş “Yay məktəbi”ndə iştirak edirlər və dərslərə artıq start verilib.

ADNSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, 21 gün davam edəcək proqram zamanı tələbələrə Vorvik Universitetinin “WMG” fakültəsinin professor-müəllim heyəti tərəfindən "Energy Systems Integration" və "UK Renewable Energy Sector" fənn blokları tədris olunacaq. Eyni zamanda, “Yay məktəbi” çərçivəsində tələbələr Böyük Britaniyada fəaliyyət göstərən günəş paneli tarlaları, külək turbinlərinin yerləşdiyi istismar zonaları və sahə ilə əlaqəli aparıcı şirkətlərə səfərlər edərək real sektorda mövcud tendensiyalarla tanış olacaqlar. Bu təcrübə onlara yeni çağırışlar və perspektivlərlə bağlı geniş baxış bucağı qazandıracaq.

Qeyd edək ki, proqramın tədris planına əsasən, “Yay məktəbi”ndə iştirak edən hər bir tələbə “Energy Systems Integration” və “UK Renewable Energy Sector” fənləri üzrə həm nəzəri, həm də praktiki dərslərdə fiziki iştirak etməklə Azərbaycan təhsil sisteminə uyğun olaraq 15 ECTS (European Credit Transfer System), yaxud Böyük Britaniya təhsil sisteminə uyğun 30 CATS (Credit Accumulation and Transfer Scheme) krediti toplamalıdır. Bu kreditlərin qazanılması tələbənin magistr dərəcəsinə və dövlət nümunəli diplomla təltif olunmasına dair əsas şərtlərdən biridir.

Onu da qeyd edək ki, Yay məktəbində iştirak edən tələbələrin viza, səyahət, yaşayış və qidalanma da daxil olmaqla bütün xərcləri ADNSU tərəfindən qarşılanır.

Sözügedən proqram çərçivəsində beynəlxalq səviyyəli professor-müəllim heyətinin iştirakı tələbələrin bərpa olunan enerji sektorunda rəqabətqabiliyyətli bilik və bacarıqlara yiyələnməsinə, həmçinin Azərbaycanın karbonsuz və təmiz enerji keçidində aktiv rol almalarına mühüm töhfə verir.

ADNSU ilə Vorvik Universiteti arasında bu əməkdaşlıq ölkəmizdə bərpa olunan enerji texnologiyaları sahəsində ixtisaslaşmış milli mütəxəssislərin hazırlanması üçün dayanıqlı və yüksək keyfiyyətli tədris mühitinin formalaşdırılmasına xidmət edir.

1 /4

Şərhlər

Xəbər lenti

6 avqust, 17:06

Ötən ay xaricdə təhsil alan 587 nəfərin diplomu tanınıb

6 avqust, 15:57

Çilidə Dünya Müəllimləri Sammiti keçiriləcək

6 avqust, 15:17

Ali məktəblərin akkreditasiya meyarlarının növbəti müzakirəsi keçirilib

6 avqust, 15:12

Böyük Britaniyaya təhsil almağa gedən tələbələrin NƏZƏRİNƏ!

6 avqust, 13:54

Qarabağ Universitetində rus və ingilis bölmələri üzrə tələbə qəbulu aparılacaq?

6 avqust, 13:33

Cənub bölgəsində yeni liseylər fəaliyyətə başlayır

6 avqust, 13:30

Samir Babayev: Qarabağ Universitetində tibb təhsili nadir universitetlərdə tədris edilən proqramla aparılacaq – MÜSAHİBƏ

6 avqust, 12:58

Sabahın hava proqnozu açıqlanıb

6 avqust, 12:49

Lənkəranda gimnaziyanın bağlanması ilə bağlı məlumatlara rəsmi münasibət bildirildi

6 avqust, 11:39

Diaspor gəncləri Qarabağ Universitetində olublar

6 avqust, 11:18

Lisey və gimnaziyalara seçim prosesi başlayır

6 avqust, 11:10

Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən azad edilib

6 avqust, 11:05

Bölgə gənclərinin rəqəmsal və süni intellekt savadlılığı artırılır

6 avqust, 10:53

Anasının arzusunu gerçəkləşdirdi – Region birincisi olan Nəzrinin uğur hekayəsi

6 avqust, 10:16

“Bambuk məktəb" nümunəsi

6 avqust, 09:48

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

6 avqust, 09:34

BDU-da Süni İntellekt Etikası üzrə Gənclər Forumu keçiriləcək

6 avqust, 09:29

Bu gündən MİQ üzrə vakansiya seçimi başlayır

5 avqust, 17:42

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.