Bütün xəbərlər
15 iyul, 09:18

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri beynəlxalq səviyyədə mühüm uğura imza atıblar.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Kimya texnologiya fakültəsinin 3-cü kurs tələbələri - Aydan Nadirova və Murad Bağırzadə dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Oksford Universitetinin Said Biznes Məktəbində yay məktəbinə qatılacaqlar.

Tələbələr "Sahibkarlıq, davamlılıq və innovasiya" mövzusunda keçiriləcək 1 həftəlik  Yay məktəbinin proqramda iştirak edəcək, proqram çərçivəsində qlobal biznes trendləri, davamlı inkişaf strategiyaları və innovativ yanaşmalarla tanış olmaq, həmçinin müxtəlif ölkələrdən olan tələbələrlə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Bununla yanaşı hər bir tələbə öz startap ideyası üzərində işləyəcək, onu ilkin konsepsiyadan təqdimat mərhələsinə qədər inkişaf etdirmək imkanı əldə edəcəklər. 

Tələbələr yaradıcılığı, əməkdaşlığı və liderliyi təşviq edən seminarlarda iştirak edəcək və bunun əsasında onlar innovativ ideyalarını gerçəkləşdirmək imkanı əldə edəcəklər. Proqramın sonunda tələbələrin startap ideyaları münsiflər heyətinə təqdim ediləcək ki, bu da onlara real həyatdakı sahibkarlıq təcrübəsini yaşadacaq.

Həmçinin gənclər dünyanın müxtəlif yerlərindən olan həmyaşıdları ilə ünsiyyət quracaq, qlobal problemlərin sahibkarlıq yolu ilə necə həll oluna biləcəyini müxtəlif baxış bucaqlarından öyrənəcəklər.

Proqram həmçinin sahibkarlığı müsbət dəyişiklik vasitəsi kimi araşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada seçilmiş namizədlər real dünya problemləri ilə məşğul olacaq, fürsətləri necə müəyyənləşdirməyi öyrənəcək və cəmiyyət üçün vacib olan məsələlərə cavab verən, genişlənə bilən biznes modelləri hazırlamağı öyrənəcəklər. Bu unikal təcrübə onlara ideyalarını inkişaf etdirmək və dünyanın ən aktual problemlərinə yönələn innovativ bizneslər qurmaq üçün zəruri bilik, bacarıq verəcək. Eyni zamanda fürsətləri necə müəyyənləşdirməyi, sahibkarlıq düşüncəsini formalaşdırmağı, sosial və ekoloji baxımdan müsbət təsir yaradan həllər yaratmağı öyrənəcəklər. Proqramın sonunda içtirakçılar əhəmiyyətli dəyişikliklər etmək üçün lazım olan alətlərlə təmin olunacaqlar.

Qeyd edək ki, gənc və iddialı sahibkarlar üçün nəzərdə tutulan yay məktəbi iyulun 12-dən 18-dək davam edəcək. Proqramın məqsədi gənclərə qlobal problemlərə cavab verə biləcək innovativ biznes ideyaları vermək üçün zəruri bilik, bacarıq və motivasiya qazandırmaqdır.

Xatırladaq ki, tələbələrimizin yay məktəbi çərçivəsində nüfuzlu ali təhsil müəssisəsində iştirakı həm də ADNSU-nun beynəlxalq əməkdaşlıq sahəsində atdığı addımların və tələbələrinin yüksəksəviyyəli hazırlığının göstəricisidir.

Şərhlər

Xəbər lenti

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.