Bütün xəbərlər
15 may, 16:31

Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə təhsil siyasətinin əsas istiqamətləri üzrə strateji müzakirə görüşü keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə ADNSU-nun rəhbərliyi, professor-müəllim heyəti, eləcə də Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin nümayəndələri iştirak ediblər.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları salamlayaraq ali təhsil sistemində həyata keçirilən islahatların və bu kimi görüşlərin əhəmiyyətindən danışıb. O, çıxışında tələbəyönümlü yanaşmalar, rəqəmsallaşma və tədris keyfiyyətinin artırılması istiqamətində universitetdə görülən işlər barədə məlumat verib.

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman ali təhsildə keyfiyyətin artırılması və strateji hədəflərin reallaşdırılması üçün universitetlərlə əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə hər iki tərəfin nümayəndələri ali təhsilin hazırkı vəziyyəti, tədrisin təşkili və müəllim heyətinin inkişaf ehtiyacları barədə geniş müzakirələr aparıblar. ADNSU-nun rəhbərliyi və müəllim kollektivi ilə fikir mübadiləsi həyata keçirilmiş, tərəfləri maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı əməkdaşlıq imkanları dəyərləndirilmişdir.

İştirakçılar ADNSU-nun elmi-tədqiqat universitetinə çevrilməsi istiqamətində atılmalı addımlar, elmi fəaliyyətin inkişafı, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təhsil infrastrukturunun gücləndirilməsi, inklüziv təhsildə müasir yanaşmaların tətbiqi, ali təhsilin əlçatanlığının təmin edilməsi, əcnəbi tələbələrlə işin təkmilləşdirilməsi, ikili diplom proqramlarının yenilənməsi və məzunların məşğulluğu kimi mövzularda fikir mübadiləsi aparıblar.

Tədbirdə irəli sürülən sual və təkliflər Elm və Təhsil Nazirliyi nümayəndələri tərəfindən cavablandırılıb və bildirilib ki, bu təkliflər hüquqi-normativ bazanın təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.

Sonda tərəflər universitetlərin təklif və ideyalarının dinlənilməsinin təhsilin inkişafına mühüm töhfə verdiyi qənaətinə gəliblər. Görüş iştirakçıları belə əməkdaşlıq platformalarının ali təhsildə keyfiyyətin yüksəldilməsinə ciddi töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

1 /6

Şərhlər

Xəbər lenti

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

1 iyul, 13:00

Quba-Xaçmaz regionundakı liseylərin VII siniflərinə qəbul üzrə müsabiqə elan olunur

1 iyul, 12:56

ABŞ-də Akademiya və İnnovasiya Forumu keçirilib

1 iyul, 12:48

ADPU bu ixtisaslar üzrə magistraturaya qəbul elan edir

1 iyul, 12:18

Məktəblimiz İtaliyada keçirilən yarışda gümüş medal qazandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.