Bütün xəbərlər
8 aprel, 16:34

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” mövzusunda magistrantların VIII Respublika elmi konfransı işə başlayıb.

“Azərbaycan müəllimi”nin məlumatına görə, plenar iclasda giriş sözü ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədr müavini professor Asəf Zamanov vurğulayıb ki, konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Prorektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub. Bu strategiya hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azad olunmuş torpaqlarımızda, təhsil ocaqları, o cümlədən ali məktəblər yaradılır. Respublika elmi konfransı da elmin vacibliyinin dərk olunması və xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə və ADPU-da elm və təhsilin inteqrasiyası istiqamətində son illərdə aparılan islahatlar elm və təhsilin inkişafında yeni mərhələnin başlanğıcı, bu vacib sahəyə yüksək diqqət hesab oluna bilər.

Vurğulanıb ki, ADPU-da magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılır, mütəxəssis hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, mövcud ixtisaslaşmaların məzmununun, o cümlədən təhsil proqramlarının və tədris planlarının yenilənməsi istiqamətində iş aparılır. Hazırda universitetdə 22 ixtisas üzrə 30 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir.

ADPU-nun magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa son illərdə universitetdə yeni ixtisaslaşmalara qəbul aparılır. Onlardan menecment (təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, menecment (ali təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşması, MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təhsil üzrə marketinq fəaliyyəti” ixtisaslaşmaları, eləcə də “SABAH” proqramı üzrə “Təlim və tədrisin təşkili və metodikası”, “Təshildə qiymətləndirmə və monitorinq”, “Menecment (ali təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasını göstərmək olar.

Prorektor sonda qeyd edib ki, konfrans təkcə bilki mübadiləsi üçün deyil, həm də ölkəmizin təhsil siyasətinin inkişafı və gənc tədqiqatçıların gələcəkdəki töhfələri haqqında düşünmək üçün bir platformadır. Bizim burada toplaşmaqda məqsədimiz mövcud tədqiqatlarımızın nəticələrini paylaşmaqla bərabər, həm də elm və təhsil sahəsində qarşılaşdığımız çətinlikləri müzakirə etmək və gələcəkdə bu sahələrin inkişafını necə irəlilədə biləcəyimizi müəyyən etməkdir. Bu gün bir-birimizdən öyrənək, yeni ideyalarla zənginləşək və elm dünyasında daha böyük töhfələr verək.  

Çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev konfransın işinə uğurlar arzulayaraq xüsusilə təhsil idarəetmısi və metodikası üzrə magistratura səviyyəsində yüksəksəviyyəli mütəxəssis hazırlığının əhəmiyyətinə toxunublar.

ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, konfransın məsul katibi s.e.ü.f.d. Rəşad Sadıqov ötən illərin statistik məlumatlarını təqdim edərək diqqətə çatdırıb ki, builki konfransda 381 məruzə, o cümlədən 7 müxtəlif ali təhsil müəssisəsindən 54 magistrantın məruzəsi dinləniləcək ki, bu da indiyə qədər əldə olunan ən yüksək nəticədir. Belə ki, ADPU ilə yanaşı Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Qızlar Universitetindən magistrantları, eləcə də, Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində universitetdə təhsil alan Çin vətəndaşı olan magistrantlar da iştirak edirlər.

Daha sonra ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov, Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müdiri professor Əbülfət Pələngov, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov çıxış edərək öz təəssüratlarını, magistrantlara olan tövsiyələrini çatdırıblar.
Plenar iclasda ADPU-nun magistrantı Bəyim Nəbiyevanın “XXI əsr ali məktəbinin formalaşdırılması strategiyasına bir baxış”, BSU-nun magistrantı Rauf Quliyevin “Fənlərüstü inteqrasiyaya yeni yanaşma” mövzularında məruzələri dinlənilib.

Konfrans işini “Təhsildə strateji idarəetmə”, “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsildə sosial-psixoloji xidmət”, “Tədrisin müasir problemləri-1” və “Tədrisin müasir problemləri-2” bölmələri üzrə davam etdirib.

İki gün davam edəcək konfransda 381 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Təşkilat Komitəsinin yekun rəyinə əsasən çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək və konfrans materiallarında nəşr olunacaq.

1 /15

Şərhlər

Xəbər lenti

21 aprel, 15:44

Sabahın hava proqnozu açıqlanıb

21 aprel, 15:37

III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat müddəti başa çatıb

21 aprel, 15:32

BANM-də yay imtahan sessiyası başlayıb

21 aprel, 15:24

AzMİU-da “Dizayn həftəsi”nə start verilib

21 aprel, 15:14

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

21 aprel, 15:02

Azərbaycan Tələbə Liqasının qrup oyunları yekunlaşıb

21 aprel, 14:58

Nazir məktəblərdə monitorinqlərin keçirilməsi ilə bağlı əmr imzalayıb

21 aprel, 14:10

Akademik: Təhsildə və elmdə əməkdaşlıq türk dövlətlərinin qlobal gücünü artıracaq

21 aprel, 14:08

Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılması təklif olunur

21 aprel, 13:47

Peşəkar dizaynerlər AzMİU-da ustad dərsləri keçəcəklər

21 aprel, 13:21

Ağdam məktəbliləri beynəlxalq ingilis dili olimpiadasının finalına çıxıblar 

21 aprel, 12:47

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib

21 aprel, 12:35

Leyla Əliyeva Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb

21 aprel, 12:28

LDU-nun professor və müəllimlərinin elmi əsərləri “Scopus” bazasına daxil olub

21 aprel, 12:27

AzTU-da növbəti vorkşop keçirilib

21 aprel, 12:19

Enactus LDU komandası üçün müsahibə mərhələsi yekunlaşıb

21 aprel, 12:15

UNEC-də “IWD 2025 Baku” tədbiri keçirilib

21 aprel, 11:55

Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

21 aprel, 11:40

Qazax-Tovuz Regional Təhsil İdarəsinin yeni müdiri kimdir? – Tərcümeyi-hal

21 aprel, 11:38

Gülçöhrə Məmmədova: “AzMİU-nun Dizayn fakültəsinin qarşısında mühüm vəzifələr dayanır”

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.