Bütün xəbərlər
29 may, 14:30

Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corc Vaşinqton Universiteti (CVU) ilə birgə ikili diplom magistr proqramının IV məzun buraxılışı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyinin və Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU və Corc Vaşinqton Universitetinin nümayəndələri və proqramın məzunları iştirak ediblər. Mərasim təntənəli məzun himninin sədaları altında universitet bayraqlarının zala gətirilməsi və proqramın müəllim və tələbələrinin zala daxil olması ilə start götürüb.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Rektor çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan ali təhsilinin rəqabətqabiliyyətliliyinin artırılması üzrə 2019-2023-cü illər üzrə Dövlət Proqramı” əsasında icra edilən və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə ikili diplom magistr proqramının builki məzunlarının sayı 37 nəfərdir. İlk dəfə 2020-ci ildə qəbul aparılan proqram üzrə əvvəlki 3 il ərzində 83 nəfər məzun olub və builki məzunlarla birgə ümumi məzun sayı 120 nəfərə çatır. Bu proqramın ölkəmizin təhsil sistemində mühüm bir yeniliyin təməlini qoyduğunu və Azərbaycan ilə ABŞ arasında akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə və əməkdaşlıq imkanlarının genişləndirilməsi gələcəyin təhsil liderlərini hazırlamaq məqsədi daşıdığını bildirən C.Cəfərov məzunların proqram sayəsində əldə etdikləri bilik və bacarıqların Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer proqramın uğurlarından bəhs edərək qeyd edib ki, Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı artıq strateji mahiyyət daşıyır və bu cür akademik tərəfdaşlıqlar beynəlxalq elmi mübadilənin inkişafına töhfə verir.

Mərasimin davamında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək proqramın dövlət təhsil siyasətindəki yerini xüsusi qeyd edib. Nazir məzunların iki müxtəlif təhsil sisteminin bilik və təcrübəsi əsasında müasir idarəetmə və tədris modellərinin yerli təhsil sistemində tətbiqinə töhfə verəcəyini bildirib.

Sonda “Təhsil siyasəti və idarəetməsi” üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2023/2024-cü tədris ilinin məzunlarına fəxri diplomlar təqdim olunub.

Rəsmi mərasim ümumi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Xatırladaq ki, ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir.

1 /12

Şərhlər

Xəbər lenti

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

30 may, 16:16

İyunun hava proqnozu açıqlanıb

30 may, 15:51

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30 may, 15:34

NDU-da ödənişsiz tibbi aksiyalara start verilib

30 may, 15:27

Mil-Muğanda 926 tələbə peşə təhsili alır

30 may, 15:17

ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.