Bütün xəbərlər
4 iyul, 09:45

İyulun 3-də Azərbaycan Dillər Universitetində (ADU) 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

ADU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə millət vəkilləri, müxtəlif ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri və diplomatik korpusun nümayəndələri, universitetin professor-müəllim heyəti, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Gaurdeamus” tələbə himni səslənib.

ADU-nun rektoru, akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb:

“Bu gün bizimlə olan qonaqlarımıza – səfirlərə, millət vəkillərinə, universitetimizin dostlarına, valideynlərə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, ADU məzunları gələcək həyatlarında Vətəninə, dövlətinə, bayrağına, xalqına sədaqətlə, ləyaqətlə xidmət edəcək, öz bilik və bacarıqlarını ən yüksək səviyyədə göstərəcəklər".

Kamal Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu hər zaman belə olacaq:

“Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız. Hamınızı təbrik edirəm, bağrıma basıram. Xahiş edirəm, mənim və həmkarlarımın ən xoş arzularını evdə valideynlərinizə də söyləyin”. 

Tələbələrə ən yüksək akademik göstəricilərinə görə Fəxri məzun diplomu və Fəxri fərmanları Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey, Almaniyanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Ralf Horlemann, İtaliyanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Luca Di Gianfrancesco, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya, Venesuela Boliver Respublikasının səfirliyinin müşaviri İsis Lessman, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu, Əlcəzairin Azərbaycandakı səfiri  Zakia İghil, Argentina konsuluğunun müvəqqəti işlər üzrə vəkili Leandro Daniel Verteramo, Milli Məclisin deputatları Arzu Nağıyev, Sadiq Qurbanov, Tamam Cəfərova, Naqif Həmzəyev, Səbinə Xasayeva, Elman Nəsirov, Müşfiq Məmmədli, Aydın Hüseynov, Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müşaviri Əlisa Qurbanov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompeksinin müdiri Aqşin Bağırov təqdim edib.

Tədbir bədii proqramla davam edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində universitetin 1395 bakalavr, 305 magistr olmaqla, ümumilikdə 1702 tələbəsi məzun adını alıb.

1 /12

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.