Bütün xəbərlər
8 avqust, 12:16

“Hazırda sənəd qəbulu davam edir, keçən ilin eyni dövrü ilə müqayisədə müraciət edənlərin sayında təxminən 20-30 faiz artım müşahidə olunur. Bu onu göstərir ki, peşə təhsili getdikcə daha çox diqqət mərkəzinə gəlir və bir çoxları üçün real, funksional alternativə çevrilir”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov səsləndirib. 

O qeyd edib ki, rəqəmlərə nəzər yetirməklə, bu marağın artdığını aydın şəkildə görmək mümkündür: “Əgər biz 2020-ci ildə təxminən 14 min nəfəri peşə təhsili müəssisələrinə qəbul etmişdiksə, ötən il bu rəqəm 25 min nəfərə yaxınlaşıb. Bu isə təxminən iki dəfəyə yaxın artım deməkdir.
Ümumilikdə, hər il peşə təhsili müəssisələrinə müraciət edənlərin sayında 10–15 faiz artım olur. Ən çox maraq göstərilən ixtisaslar arasında aşpazlıq, avtomobil təmiri, IT və rəqəmsal texnologiyalar, logistika və tikinti sahələridir”.

Ceyhun Kərəmov qeyd edib ki, indiyədək 28 minə yaxın vətəndaş peşə təhsili almaq üçün müraciət edib: “Müqayisə üçün deyim ki, ötən il qəbulun ilk üç həftəsində bu rəqəm 25-26 min civarında idi. Qarşıda hələ təxminən bir həftəlik müddət var və buna görə də bu il keçənilki göstəriciləri üstələyəcəyimizi deyə bilərik. Bu da onu göstərir ki, ictimai rəydə peşə təhsilinə olan baxış dəyişməkdədir”.

Şərhlər

Xəbər lenti

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

9 avqust, 11:19

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib

9 avqust, 11:10

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb

9 avqust, 11:04

Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər 

9 avqust, 10:57

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

9 avqust, 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

9 avqust, 10:48

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

8 avqust, 23:01

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ 

8 avqust, 22:02

Qrup rəhbəri və ixtisas müəllimi vakansiyası üzrə nəticələr açıqlandı

8 avqust, 19:16

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb

8 avqust, 19:10

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 avqust, 17:48

Professor Şahbaz Muradov: Hər bir alim elmin davamlı inkişafında fəal iştirak etməlidir

8 avqust, 16:48

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

8 avqust, 16:27

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

8 avqust, 16:19

“Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqlar qiymətləndirilib

8 avqust, 16:11

Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

8 avqust, 16:01

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

8 avqust, 15:55

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə

8 avqust, 14:33

Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.