Bütün xəbərlər
29 may, 14:47

Alimlər ilk dəfə güclü lazer vasitəsilə maye halında karbon əldə edib və laboratoriya şəraitində onun strukturunu öyrəniblər. Əvvəllər bu prosesin mümkün olmadığı düşünülürdü. Bu nailiyyət termonüvə enerjisinin əldə olunması yolunda mühüm mərhələ sayılır, çünki maye karbon gələcək termonüvə reaktorlarının əsas komponentlərindən biri kimi qiymətləndirilir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, maye karbon termonüvə sintezi nəticəsində demək olar ki, tükənməz enerji əldə olunan termonüvə reaktorları kimi texnologiyalarda mühüm rol oynayır. İndiyədək fiziklər karbonun maye fazasında necə olduğunu yalnız təxmini təsəvvür edirdilər. Bunun səbəbi ondadır ki, bu halda karbonu laboratoriya şəraitində öyrənmək demək olar ki, mümkün deyil. Adi təzyiq şəraitində karbon maye halına keçmir, birbaşa qaz halına keçir.

Karbon yalnız son dərəcə yüksək təzyiq və təxminən 4500 dərəcə Selsi temperaturunda mayeləşə bilər ki, bu da istənilən material arasında ən yüksək ərimə temperaturudur. Belə şəraiti laboratoriyada yaratmaq isə son dərəcə çətindir. Lakin alimlər çox güclü lazer istifadə edərək ilk dəfə maye karbon yaratmağa və onun strukturunu öyrənməyə nail olublar. Tədqiqat maye karbonla bağlı modelləşdirmə nəticələrini təsdiqləyib. Bu fazada karbon tamamilə özünəməxsus struktur xüsusiyyətlərinə malik mürəkkəb maye forması kimi çıxış edir. Maye karbonun yaradılması mürəkkəb bir prosesi əhatə edib. Fiziklər bərk karbon nümunələrini əridərək ekstremal şərait yaratmaq üçün güclü lazerdən istifadə ediblər.

Eyni zamanda rentgen şüaları vasitəsilə maye karbon daxilində atomların yerləşməsi müəyyən edilib. Bütün bu proses saniyənin milyardda bir hissəsində baş verib, baxmayaraq ki, dəqiq ölçmələr aparmaq üçün təcrübə bir neçə dəfə təkrar olunub. Nəticədə alimlər karbonun bərk haldan maye halına keçidini tam başa düşmək üçün bütün məlumatları birləşdiriblər. Əvvəllər əsas problem karbonun bir fazadan digərinə keçidi zamanı bu çox qısa anlar ərzində dəqiq ölçmələrin aparılması idi. Bu elmi irəliləyiş gələcək termonüvə energetikası üçün mühüm nəticələrə malikdir. Maye karbon son dərəcə yüksək ərimə temperaturu və unikal struktur xüsusiyyətləri ilə gələcək termonüvə reaktorlarının əsas komponentlərindən biri hesab olunur.

Maye karbon reaktorlar üçün həm soyuducu komponent, həm də neytronların ləngidicisi kimi xidmət edə bilər ki, bu da termonüvə sintezində zəncirvari reaksiyaların davamlılığını təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Xatırladaq ki, sabit termonüvə sintezi demək olar ki, tükənməz enerji yaratmağa imkan verəcək. Belə bir sintez ulduzların nüvəsində baş verir. Burada hidrogen atomları birləşərək inanılmaz dərəcədə böyük miqdarda enerji ayrılır. Alimlər ulduzlarda baş verən bu sintezi Yer üzərində təkrarlamaq üzərində çalışırlar və termonüvə elektrik stansiyalarının yaxın gələcəkdə reallığa çevrilməsi üçün intensiv tədqiqatlar aparılır.

Mənbə: technote.az

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.