Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq elmi bazalarda ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb.
Akademiyadan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, cari ildə ən çox məqaləsi işıq üzü görən (7 məqalə) AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov olub və o, ilk sırada qərarlaşıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Dmitriy Kriçenko və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi dosent Zülfiyyə İsmayıl ikinci yerdə qərarlaşıblar. Üçüncü yerdə isə Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilov olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)