Bütün xəbərlər
6 avqust, 10:53

Ötən tədris ilində uğurlu nəticələri ilə yaddaqalan məzunlardan biri olan Nəzrin Quluzadə həm də qəbul imtahanının nəticələrinə görə IV ixtisas qrupu üzrə Şirvan-Salyan regionunun birincisi olub. 

Qeyd edək ki, Nəzrin Quluzadə 2008-ci ildə Neftçala rayonunda anadan olub. 2014-cü ildə Z. Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2025-ci ildə isə bu məktəbi yüksək göstəricilərlə bitirib.

“Azərbaycan müəllimi” qəzetinin budəfəki qəhrəmanı olan Nəzrin Quluzadə təhsil aldığı müddətdə özünü hər zaman məsuliyyətli və çalışqan şagird kimi göstərib. O, 9-cu sinif buraxılış imtahanında 288, 11-ci sinif buraxılış imtahanında isə 295,6 bal toplayaraq böyük nailiyyət əldə edib. Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olmağı qarşısına məqsəd qoyan Nəzrin IV ixtisas qrupu üzrə imtahanda 688 bal toplayıb.

Peşə seçimində ən böyük rol oynayan şəxs onun kimya müəllimi, eyni zamanda anası olub.
Nəzrin deyir: “Anam mənə bu peşəni tövsiyə etməklə yanaşı, bütün təhsil yolumda dəstək olub. Valideynlərimin və müəllimlərimin mənə verdiyi stimul və inam uğurlarımın əsas səbəblərindəndir”.

Nəzrin yalnız imtahan göstəriciləri ilə deyil, eyni zamanda fənn müsabiqə və olimpiadalarında qazandığı nailiyyətlərlə də seçilir. O, 7-ci sinifdə Respublika Fənn Müsabiqəsində biologiya fənni üzrə gümüş, 8-ci sinifdə isə Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanıb.

Təhsildəki uğurları ona 2025-ci ildə qızıl nişan qazandırıb.

Gələcək hədəflərindən danışan Nəzrin bildirir: "Hər bir şagirdin məqsədləri olmalıdır. Bu məqsədlərə çatmaq üçün isə əzmlə çalışmaq vacibdir".

O, yaşıdlarına və bütün şagirdlərə öz arzularına uyğun peşə seçməyi, seçdikləri sahədə isə uğur qazanmaq üçün çox çalışmağı tövsiyə edir.
Bu gün Nəzrin Quluzadə həkimlik peşəsinə doğru inamla addımlayır və gələcəkdə cəmiyyətə faydalı bir həkim olmaq arzusunu gerçəkləşdirmək üçün əzmlə çalışır. Uğur olsun sənə, Nəzrin!

1 /3

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.