Bütün xəbərlər
17 iyul, 15:04

“Beynəlxalq imtahanlarda belə bir qayda var ki, apellyasiya müraciəti üçün müəyyən məbləğdə depozit qoyulur. Əgər apellyasiya təmin olunarsa, bu məbləğ geri qaytarılır. Amma təmin olunmazsa, həmin məbləğ qalır. Ola bilsin ki, biz də bunu Tarif Şurasına təklif edək. Amma bizdə bunun belə tətbiq ediləcəyini hələ deyə bilmərəm”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Azərbaycan müəllimi”nin sualını cavablandırarkən deyib. 

O bildirib ki, bir çox hallarda imtahan nəticələri elan edilməmişdən əvvəl iştirakçılara apellyasiya müraciəti etmək tövsiyə edilir: “Məsələn, imtahan dünən keçirilib, nəticələr hələ açıqlanmayıb. Amma sosial şəbəkələrə baxanda görürsən ki, blogerlər, təhsillə heç bir əlaqəsi olmayan şəxslər namizədlərə apellyasiya başlayan kimi mütləq ərizə yazaraq müraciət etməyi məsləhət verirlər. Axı nəticə hələ elan olunmayıb, nəyi apellyasiyaya verirlər, bilinmir. Hətta bəzi şəxslər “Bizə müraciət edin, ərizəni sizin yerinizə biz yazarıq, yaxşı da baxılar”, – deyirlər”.

M.Abbaszadə qeyd edib ki, apellyasiya müraciəti anonim olmur: “Biz şikayətçinin işinə baxmaq üçün onu yoxlayan markeri də dəvət etməliyik, o, burada əyləşməli, telefonu da yanında olmamalıdır. Apellyasiya elə şəraitdə aparılır ki, heç kim bu prosesə təsir göstərə bilməsin. Bütün bunlar həm vaxt, həm də resurs tələb edir. Amma görürük ki, vərəqi boş saxlayanlar, heç nə yazmayanlar da apellyasiyaya müraciət edirlər”.

M.Abbaszadə vurğulayıb ki, apellyasiya müraciəti edərkən ərizədə yalnız əlaqə üçün yalnız bir telefon nömrəsi göstərilməlidir. Ancaq DİM 85-ə yaxın telefon nömrəsi müəyyən edib ki, onların hər biri 15-20 apellyasiya ərizəsində qeyd edilib: “Həmin nömrələr 10-15 ərizədə təkrar qeyd olunub. Bunu da  çox zaman abituriyentlər öz təşəbbüsləri ilə etmirlər. Tədris kursları məzunlarına deyir ki, apellyasiya müraciəti etsələr, nəticələrini yüksəldəcəklər. Amma nəticədə heç nə dəyişmir, müraciətin heç bir faydası olmur. Sonda görürük ki, yüzlərlə abituriyent boş vərəqləri belə apellyasiyaya verir. Bu, bizim vaxtımızı alır. 100 min nəfər imtahan veribsə, onun təxminən 10 min nəfəri ərizə ilə müraciət edir. Onların da yarısının işi boş vərəqlər olur”.

Şərhlər

Xəbər lenti

17 iyul, 20:52

ADA Universitetində dövlət sifarişli yerlərə qəbulla bağlı infosessiya keçirilib

17 iyul, 19:05

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub

17 iyul, 18:25

Tədris ilinin yekunlarına dair hesabat tədbirləri keçirilir

17 iyul, 17:47

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu

17 iyul, 17:22

11 yaşında olsa da, şahmat dünyasını fəth edir -  Məktəbli şahmatçının uğuru 

17 iyul, 17:10

Masallıda II Regional Gənclər Festivalı keçiriləcək

17 iyul, 16:28

BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17 iyul, 16:21

İlahə Rəsulova: Valideynlər eyni anda 3 bağça seçə bilərlər - MÜSAHİBƏ

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.