Bütün xəbərlər
20 iyun, 09:32

“QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə Azərbaycan universitetlərinin sayının artması ölkəmizin ali təhsilində tarixi bir mərhələdir.  

Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Bakı Dövlət Universitetinin rektorunun müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Asiman İlyasov söyləyib. 

O bildirib ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ölkəmizin 9 universitetinin yer alması, onlardan altısının ilk dəfə bu nüfuzlu reytinqə daxil olması artıq ali təhsil müəssisələrimizin dünya səviyyəsində qəbul olunmasının göstəricisidir: “Bakı Dövlət Universiteti 688-ci yerə yüksələrək sadəcə ölkə üzrə deyil, həm də Cənubi Qafqaz regionu üzrə ən yüksək nəticəni göstərib və 300 pilləyə yaxın irəliləyiş əldə edib. BDU-nun bu uğuru universitetdə son illərdə həyata keçirilmiş məqsədyönlü islahatların – elmi fəaliyyətin gücləndirilməsi, idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması, sənaye və texnoloji tərəfdaşlıqların inkişafı, rəqəmsal transformasiya və insan kapitalına yönəlmiş strateji yanaşmaların real nəticəsidir”. 

Asiman İlyasov deyir ki, eyni zamanda yeni daxil olan universitetlərin sayına görə Azərbaycanın 106 ölkə arasında 2-ci sırada olması da ali təhsil sistemində son illərdə aparılan islahatların effektivliyini və beynəlxalq rəqabət qabiliyyətinin artdığını sübut edir. Azərbaycan universitetlərinin dünya reytinqlərində irəliləməsi və sayının artması ölkə ali təhsil sisteminin ümumi inkişafının mühüm göstəricisidir. Bu uğur yalnız ayrı-ayrı universitetlərin deyil, bütövlükdə milli təhsil siyasətinin düzgün istiqamətdə qurulduğunun və məqsədyönlü islahatların nəticə verdiyinin sübutudur. 

Müşavirin sözlərinə görə, reytinq göstəriciləri akademik və işəgötürən nüfuzu, elmi və innovasiya potensialı, məzunların məşğulluğu, beynəlmiləlləşmə səviyyəsi və dayanıqlılıq kimi əsas indikatorlarla universitetlərin inkişaf səviyyəsini obyektiv qiymətləndirməyə imkan yaradır. 

“Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda ölkənin ən azı üç universitetinin dünyanın TOP 800-lüyündə yer alması strateji hədəf kimi müəyyən edilib. Və onu da bildirim ki, BDU artıq bu hədəfə çataraq ölkənin ali təhsil sahəsində beynəlxalq səviyyədə tanınmasına və rəqabətədavamlı mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verib. Digər universitetlərimizin də bu yüksəliş trendini davam etdirəcəyinə və qlobal reytinqlərdə daha geniş təmsil olunacağına inamımız böyükdür”.

Şərhlər

Xəbər lenti

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

1 avqust, 09:51

Yeni oyuncaq standartları bağça proqramlarını dəyişəcək

1 avqust, 09:46

“Jurnalistika”nın qabiliyyət imtahanında 1071 abituriyent iştirak edəcək

1 avqust, 09:23

ADPU-CVU ikili diplom magistr proqramına qəbulla bağlı infosessiya keçirilib

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.