Bütün xəbərlər
21 iyul, 16:11

Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. Sabahdan başlayaraq, istənilən peşə ixtisası üzrə peşə təhsili müəssisələrinə müraciət etmək mümkündür. Bu yolu keçən və artıq əmək bazarında özünə yer tapan Orxan İsmayılzadə üçün peşə vazkeçilməz bir istəkdir. O, aşpazlığı seçib və bu peşədə böyük uğura imza atıb.

Orxan Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. Bəs necə olub ki, peşə təhsilini seçib? 
Orxanın sözlərinə görə, bu qərara gələnə qədər ayrı-ayrı yollardan keçib: “Bir çox işlərdə işləmişəm. Çoxu əziyyətli olub. Əlim yatan işlər də olub, təriflənmişəm də. Amma hər zaman düşünmüşəm ki, mən bura aid deyiləm”.

Özünü aid hiss etdiyi yer isə ocaq başıdır: “Aşpazlığa hər zaman həvəsim olub. Qeyri-adi yeməklər hazırlamağı, öz reseptlərimlə tanınmağı arzulamışam. Başqa ölkələrdə məşhur olan aşpazlardan ilhamlanıb onlar kimi olmaq istəmişəm və düşünmüşəm ki, onlar da bir yerdən başlayıblar. Hər halda bu zirvəyə qalxa bilmək üçün peşəkarlığın təməlində məktəb olmalıdır. Mən belə hesab edirəm. Ona görə də özümə məktəb axtarışına başladım. Təhsil haqqından tutmuş müəssisələrin bütün imkanlarını araşdırdım”.

Sosial şəbəkələrdə artıq məzunu olduğu müəssisə haqqında videoçarx görüb: “Videoçarxı izlədikdən sonra əlavə materialları da araşdırdım, müəssisə haqqında məlumat topladım. Məktəbin görünüşü, başqa məktəblərə nəzərən bütün avadanlıqla təchiz olunması xoşuma gəldi və sənədlərimi vermək qərarına gəldim”.

Orxanın fikrincə, təhsil aldığı müəssisə hər yerdən fərqlənir: “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin araşdırdığım bütün müəssisələrin hamısından fərqləndiyini gördüm. Əlini atıb tapa bilməyəcəyin bir şey yoxdur. Maraqlı dərslərimiz olub. Reseptlər hazırladıq, onları mətbəxdə tətbiq etdik”.

Peşə təhsilinin üstünlüyünü Orxan çox qısa zamanda anlayıb: “Oxuduğum müddətdə mənə iş seçimləri verdilər. Bu seçimlərin arasında “JW Marriot Abşeron”da işləmə şansı da vardı. Belə ki, praktika vaxtı çatanda bizə bir siyahı təqdim etdilər. Mən “JW Marriot Abşeron”u seçdim. Artıq məzunam və hazırda şef yardımçısı olaraq işləyirəm. Şefimin verdiyi tapşırıqları yerinə yetirirəm. O da mənə nəzarət edir. Bəzən iradlar bildirir, düzəlişlər edir”.

Peşəsinin gözəlliyi isə ondadır ki, eyni reseptə özünəməxsusluq qata bilirlər: “Bir məsələ də var ki, reseptlər eyni olsa da, onlar restorana görə dəyişə bilir. Hər restoranın özünəməxsus qatqıları mütləq olur. Bu baxımdan “JW Marriot Abşeron”da öyrənəcəyim çox şey var”.

Orxan təcrübə keçdiyi məkanda şef yardımçısı kimi işə davam etməyinin səbəbini belə izah edir: “Praktikada fəal işçi olaraq iştirak elədim. 
İşə can yandırdığım üçün şeflərin qərarı ilə işlədiyim sahə - “Pastry” üzrə işə götürdülər. Bu gün düşünürəm ki, yaxşı ki peşə təhsilini seçdim, yaxşı ki, bu müəssisənin şagirdi oldum”.

İndi şef yardımçısı olan Orxan İsmayılzadə Tokioda, Nyu-Yorkda aşpaz işləyəcəyi, yeməklərinin İsveçrədə məşhurlaşacağı günlərin xəyalını qurur.

1 /6

Şərhlər

Xəbər lenti

21 iyul, 20:04

Müəllimlərin işə qəbulu imtahanının nəticələri açıqlandı

21 iyul, 18:50

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru "Əməkdar jurnalist" fəxri adına layiq görülüb

21 iyul, 17:57

Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM

21 iyul, 15:54

“Buradan getmək istəmirik” – Həmkarlar İttifaqının istirahət mərkəzlərində yay tətili

21 iyul, 15:30

Mədəni soyqırımının sənədləşdirilməsi: Qərbi Azərbaycan irsinə tarixi baxış

21 iyul, 15:16

BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək

21 iyul, 15:07

Məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də yaradılacaq 

21 iyul, 14:57

ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir

21 iyul, 14:37

MDU-nun tələbələri üçün yeni təqaüd təsis edilib

21 iyul, 14:11

Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 iyul, 12:53

"İlin Gənc Müəllimi-2024" sorğu-müsabiqəsi BAŞLADI 

21 iyul, 12:47

Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinq keçirilib

21 iyul, 12:46

Sabahın hava proqnozu açıqlanıb

21 iyul, 11:58

Dövlət Agentliyinin direktoru: Yeni peşə təhsili müəssisələri tikilir

21 iyul, 11:47

Türkiyə ilə birgə peşə məktəbləri yaradılacaq

21 iyul, 11:45

Ceyhun Kərəmov: “Böyük Qayıdış” çərçivəsində 711 nəfər məzun olub

21 iyul, 11:41

Peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatı hazırlanacaq

21 iyul, 11:34

Qadınların peşə təhsilinə marağı artıb

21 iyul, 11:32

Dual peşə təhsilinə ayrılan yerlərin sayı artırılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.