Bütün xəbərlər
14 iyul, 15:28

Bu gündən Dövlət İmtahan Mərkəzində (DİM) 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, iyulun 16-dək keçirilən müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumlarının nümayəndələri iştirak edirlər.

Tədbirin ilk günü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin müzakirəsi həyata keçirilib.

Tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.

Daha sonra “Abituriyent” jurnalının nəşrlərinə dair sərgiyə baxış keçirilib. İştirakçılara, eyni zamanda, yazı işlərinin yoxlanılma texnologiyası və DİM-in Gənc psixometrik təcrübə proqramı haqqında məlumatlar təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən respublikada keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamətləri və çoxsaylı parametrləri üzrə elmi-statistik təhlillərin aparıldığını qeyd edib. M.Abbaszadə bu imtahanların nəticələrinin təhlillərinin hamı üçün açıq və DİM‑in internet saytında yerləşdirilərək ictimaiyyətə təqdim olunduğu qeyd edib. Sədr bildirib ki, aparılan elmi-statistik təhlillər ölkə təhsilindəki müsbət istiqamətləri üzə çıxarır, eyni zamanda, təhsildəki problem və çatışmazlıqları göstərir, onların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələr irəli sürülür.

Daha sonra sədr ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə aid məlumatları iştirakçıların diqqətinə çatdırıb. Sədr tələbə qəbulu planları və ərizə verənlərin sayının müqayisəsi, qruplar üzrə orta bal göstəriciləri, abituriyentlərin topladıqları balların paylanma diaqramları, test tapşırıqlarına düzgün cavabların orta-statistik göstəriciləri, attestat qiymətləri və qəbul imtahanlarında topladıqları ballar üzrə abituriyentlərin paylanması, rayon təhsil sektorları üzrə ümumi göstəricilər və s. haqqında məlumat verib.

Ardınca iştirakçılar nəticələrin geniş müzakirəsini həyata keçirib. Sual-cavab əsasında aparılan təhlillərin müxtəlif məqamlarına aydınlıq gətirilib və təkliflər dinlənilib.

Tədbirin birinci gününün yekununda humanitar, texniki və təbiət fənləri üzrə 2024-cü ildə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının statistik göstəriciləri əsasında elmi-metodiki təhlilin nəticələri təqdim olunub və müzakirələr davam etdirilib.
Qeyd edək ki, müzakirələr iyulun 15-də buraxılış, iyulun 16-da magistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin təhlilləri ilə davam etdiriləcək.

1 /5

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.