Bütün xəbərlər
16 may, 13:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının hazırladığı “Axtarış” tamaşasının premyerası olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri iştirak ediblər. Qonaqlar əvvəlcə Mərkəzin təlimçi və benefisiarlarının əl işləri ilə tanış olublar.

Tamaşadan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ƏSA Teatrının kollektivini yeni yaradıcılıq uğurları münasibətilə təbrik edib. Nazir hazırlanmış yeni tamaşanın bir sənət hadisəsi olmaqla yanaşı, cəmiyyətdə sosial bərabərlik, inklüzivlik və mənəvi dəyərlər naminə atılan mühüm addımların parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.

O bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sosial ədalətə, inklüzivliyə və hər bir fərdin potensialının reallaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə və həssas əhali qruplarına göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rola malikdir. Onun təşəbbüsü ilə 4 il əvvəl yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də həssas qruplardan olan şəxslərin yaradıcı potensialının təkmilləşməsinə, inklüziv inkişafa önəmli dəstək verir.

Anar Əliyev Nazirliklə ƏSA Teatrının sıx əməkdaşlığı çərçivəsində teatrın son illər “Göy quş”, “And”, “Qonşu”, “Hamlet”, “Nəsimi ili”nə həsr olunmuş antrepriza, bu gün təqdim olunan “Axtarış” kimi səhnə əsərlərini ərsəyə gətirdiyini diqqətə çatdırıb. Nazir belə inklüziv təşəbbüslərin davamlı olacağına, cəmiyyətimizdə inklüzivlik, yaradıcılıq və humanist dəyərlərin daha da möhkəmləndirilməsində bir təkan verəcəyinə əminliyini bildirib.

Böyük mütəfəkkir Fəridəddin Əttarın “Quşların dili” və Alber Kamyunun “Anlaşılmazlıq” əsərləri əsasında hazırlanmış, fərqli dövrlərdə yaşayıb yaratmış iki müəllifin bir-birinə zidd fəlsəfi düşüncələrinin səhnə qarşılaşması olan tamaşa böyük maraqla qarşılanıb.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və əməkdaşlarının da rol aldığı “Axtarış” tamaşasının quruluşçu rejissoru ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə, prodüser Nicat Qulam, ikinci rejissoru Səmayə Ağayarova, işıq rəssamı Binyamin Sailov, geyim tərtibatçısı Nübar Hüseynova, səhnə tərtibatçısı Tamerlan Abdullayev, multimedia meneceri Famil Mahmudbəylidir. Yaradıcı heyətə əlilliyi olan və olmayan peşəkar aktyorlar cəlb edilib.

Əsas rollarda xalq artisti Mehriban Zəki, Səmayə Ağayarova, Elşən Əsgərov, Elsevər Rəhimov, Lalə Süleymanova, Elvin Mirzəyev, Aydan Ağazadə, Fərid İsmayılov, Gülnar Əlfidatlı, Səadət Abbasova, Sərxan Nəciyev və Bəhram Rəhimli çıxış ediblər.

1 /12

Şərhlər

Xəbər lenti

31 iyul, 10:14

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.