Bütün xəbərlər
9 yanvar, 08:52

Beynəlxalq Kimya Olimpiadası üzrə qızıl medalçı Ramil Babazadə Böyük Britaniyanın nüfuzlu Qlazqo Universitetində rəqəmsal kimya ixtisası üzrə doktorantura təhsili alacaq.

“Azərbaycan müəllimi” AzEdu.az-a istinadən xəbər verir ki, illik 100 min manat dəyərində 4 il müddətində tam təqaüd qazanan gəncin təhsil haqqı xərcləri də buraya daxildir.

Ramil Babazadənin tədqiqatı laboratoriyaların avtomatlaşdırılması çərçivəsində süni intellektin kimyaya tətbiqi istiqamətindədir. Məqsəd qabaqcıl avadanlıqlarla təchiz olunan və süni intellekt alqoritmləri tərəfindən idarə olunan eksperimental platform quraraq verilmiş hədəfə nail olmaq üçün lazımi prosesləri insan müdaxiləsi olmadan icra etməkdir. Avtomat laboratoriyaların əsas təsiri tədqiqatın sürətləndirilməsidir ki, bu da yeni birləşmələrin və materialların hazırlanma yollarını ənənəvi metodlarla müqayisədə 10-1000 dəfə daha sürətli tapmağa imkan verir. Bu sürətlənmə həm akademiyada, həm də sənayedə tədqiqat üçün tələb olunan vaxtın, xərclərin, resursların və tullantıların əhəmiyyətli dərəcədə azalması deməkdir.

Ramil Babazadənin professoru Lee Cronin dünyanın ən böyük çoxsahəli kimya tədqiqat qruplarından birinə rəhbərlik edir. O, tədqiqatları üçün 35 milyon dollardan çox qrant cəlb edib, 350-dən çox elmi məqalə dərc etdirib. Onun son işləri “Nature”, “Science” və “PNAS” kimi nüfuzlu jurnallarda yer alıb. 2013-cü ildən "Kimya üzrə Regius Professoru" titulunu daşıyır. “Regius Professor" termini Böyük Britaniyada Kral tərəfindən təsis edilən xüsusi akademik titul deməkdir. Bu, çox prestijli bir tituldur, yalnız çox tanınmış və yüksək nailiyyətləri olan elm adamlarına verilir. Professor Cronin həmçinin “Chemify” şirkətinin təsisçisi və icraçı direktorudur. Professor Cronin və komandası süni həyat formaları yaratmağa, kimyanı rəqəmsallaşdırmağa, kimyəvi kompüterlər qurmağa çalışır.

Qeyd edək ki, Ramil Babazadə Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitunda bakalavr təhsili (2018-2022), kimya və kompüter elmləri üzrə, yüksək qiymətlərlə və “cum laude” fərqlənməsi ilə bitirib.  Süni intellekt kimyası üzrə tədqiqat aparıb, nüfuzlu “Nature” jurnalında iki məqalə dərc etdirib.

Xatırladaq ki, Ramil Babazadə Taylandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal, yerli və beynəlxalq olimpiadalarda medallar qazanıb.

1 /1

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.