Bütün xəbərlər
31 yanvar, 10:03

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının təşkilatçılığı ilə universitetin 50 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda kafedranın müdiri dosent İlqar Əliyev “Paralel qaz kəmərlərinin rekonstruksiyası mərhələsində idarəetmə texnologiyalarının tətbiqində mühəndis yanaşmaları” mövzusunda məruzə təqdim edib.

İlqar Əliyev məruzəsində bildirib ki, tədqiqat işində paralel qaz kəmərlərinin idarəetmə proseslərinə nəzarət etmək üçün qeyri-stasionar qaz axınını əks etdirən riyazi modelin təhlili nəticəsində idarəetmə məntəqəsinin informasiya bazası üçün maşın öyrənməsi texnologiyasına əsaslanan empirik alqoritm işlənib hazırlanıb. İşlənmiş alqoritmin texnoloji idarəetmə sisteminə tətbiqi avtomatlaşdırılmış idarəetmə qərarlarının effektivliyini artıracaq. Hazırlanan hesabat sxemi əsasında mühəndis məsələlərinin həlli üçün nəzərdə tutulan alqoritmlər mövcud paralel qaz kəmərləri sistemlərinin rekonstruksiyası istiqamətində tövsiyə oluna bilər. Bu da paralel qaz kəmərlərinin səmərəli istismarında mərkəzi idarəetmə sistemini təkmilləşdirməyə imkan verəcək.

O aparılan təhlillərə istinadən bildirib ki, paralel kəmərin başlanğıc və son hissələrində təzyiqin dəyişməsi qiymətləri, avtomat kranlarının işə düşmə vaxtından birbaşa asılıdır. Qəza şəraitində paralel qaz kəmərinin zədələnmiş hissələrində klapan sensorları vasitəsilə kranların tez bağlanması nəticəsində zədələnmiş boru şəbəkəsinin əsas hissəsində ayırma prosesi baş verir. Bu ətraf mühitə itirilən qaz itkisini əhəmiyyətli dərəcədə azaldır və texnoloji itkiləri minimuma endirir.

Elmi seminarda iştirak edən kafedranın professor-müəllim heyəti və gənc tədqiqatçılar məruzəçiyə maraqlı suallar verərək yeni yanaşmalarla bağlı öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, belə elmi tədbirlər universitetin tədqiqat sahəsindəki yenilikləri izləməyə və inkişaf etdirməyə yönələn səylərinin bariz nümunəsidir.

1 /1

Şərhlər

Xəbər lenti

14 mart, 11:48

Ötən il vakant müəllim yerlərinin 90%-i tutulub

14 mart, 11:48

2024-cü ilin əsas elmi göstəriciləri - HESABAT

14 mart, 11:40

Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə iştirakı artıb - HESABAT

14 mart, 11:35

Lütfi Zadə olimpiadası və fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan edilib

14 mart, 11:35

Ötən il doktorantura və dissertanturaya qəbul 61% olub

14 mart, 11:20

Ötən il 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb

14 mart, 11:10

11 mindən çox bağça müəllimi diaqnostik qiymətləndirmədən keçib

14 mart, 11:04

Bağçalara 78 müdir və 416 tərbiyəçi-müəllim müsabiqə ilə işə qəbul edilib

14 mart, 11:00

Direktorlarının maaşlarına 1500 manatadək əlavələr edilib - HESABAT

14 mart, 10:58

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

14 mart, 10:58

Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI

14 mart, 10:55

Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir

14 mart, 10:45

Universitetlərə qəbulun ikinci mərhələsi üçün sınaq imtahanı keçiriləcək

14 mart, 10:36

Kornel metodu öyrənməyi öyrədir

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.