
Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən təhsil xərclərinə 4,55 milyard manat ayrılıb ki, bu da əvvəlki ilin icra göstəricisi ilə müqayisədə 426 milyon manat və ya 10,3% çoxdur.
2024-cü ilin dövlət büdcəsində elmin maliyyələşdirilməsi üçün 236,1 milyon manat (2023-cü illə müqayisədə 42,5 milyon manat və ya 22% çox) məbləğində vəsait nəzərdə tutulub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər