
Azərbaycan Texniki Universitetində (AzTU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), AzTU-nun Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “ÖzünÖyrən” MMC-nin birgə təşkilatçılığı ilə “Bebras” İnformatika və Alqoritmik Düşüncə müsabiqəsinin final mərhələsi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin əsas məqsədi interaktiv məsələlərlə informasiya texnologiyaları və kompüter elmləri sahəsinə şagirdlərin marağını artırmaqdır.
Müsabiqənin final turunda iştirak edən 418 şagirdin alqoritmik təfəkkürü, kompüter vərdişləri yoxlanılıb və avtomatik üsulla qiymətləndirilib. Müsabiqə https://bebras.az/ portalı vasitəsilə keçirilib və iştirakçılara suallar üçün 45 dəqiqə vaxt verilib.
Müsabiqənin yekun – super-final mərhələsi 2025-ci ilin iyun ayında keçiriləcək.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər