
Bakı Dövlət Universiteti (BDU) ilə “Bayraktar Texnologiya Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, mərasimdə çıxış edən rektor Elçin Babayev “Bayraktar Teknologiya Azərbaycan” şirkəti ilə kompüter mühəndisliyi, nanotexnologiyalar, IT, süni intellekt, kimya mühəndisliyi və digər istiqamətlərdə peşəkar kadr hazırlığında geniş əməkdaşlıq perspektivlərinin olduğunu qeyd edib. O, imzalanan memorandumun ortaq tədqiqatların aparılması, birgə tədbirlərin keçirilməsi, BDU tələbələri üçün təlim, təcrübəkeçmə, iş imkanları baxımından uğurlu olacağına əminliyini bildirib.
“Bayraktar Texnologi̇ya Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz da BDU ilə əməkdaşlıqdan gözləntilərin böyük olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Türkiyə müdafiə sənayesinin digər tanınmış şirkətləri də bu əməkdaşlıqda maraqlıdır.
Memoranduma əsasən, tərəflər tədris və təlim prosesinin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə tədbirlər, layihə və tədqiqatlar həyata keçirəcəklər. Memorandumda birgə tədris fəaliyyətinin, təhsilalanlar, akademik və inzibati heyət üçün ortaq təlim proqramlarının təşkil edilməsi, təhsilalanlar üçün təcrübə imkanlarının yaradılması da əks olunub.
Xatırladaq ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və “Bayraktar Texnologi̇ya Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər