Bütün xəbərlər
20 may, 17:26

20 may 2025-ci il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri uğurla başa vuran müdavimlərə görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin məqsədi təlimləri uğurla başa vuran şəxslərə dövlət nümunəli sertifikatların təqdim edilməsi olub. Aqronom-texnik, qazanxana maşinisti, aşpaz və bərbər ixtisasları üzrə təlimləri uğurla başa vuran 61 müdavimə sertifikat təqdim olunub.

Qeyd edək ki, Bərdə Dövlət Peşə Təhsil Mərkəzində aqronom/texnik, aşpaz, avtomobil diaqnostikası və təmiri ustası, baytar köməkçisi, bərbər, elektrik-qaz qaynaqçısı, geniş profilli traktorçu-maşinist-təmirçi-çilingər, kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər, mühasib, qazanxana maşinisti, bağban dekorator, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları ixtisasları üzrə qısamüddətli təlimlər keçirilir. Cari ildə Bərdə şəhərində məskunlaşan 164 nəfər məcburi köçkün bu təlimlərə cəlb edilib. Təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadək müəyyən edilir. Təlim proqramları nəzəri biliklərin və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb. Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.

Ümumilikdə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər 8 peşə təhsil müəssisəsində  42 ixtisas üzrə keçirilir. Proqram çərçivəsində 2024-cü ildə 215 nəfər, 2025-ci ildə isə 526 nəfər təlimlərə cəlb olunub. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Tədbir çərçivəsində “Qarabağa peşənlə qayıt” videoçarxının təqdimatı da baş tutub. Videoçarxın qəhrəmanı, “Elektrik avadanlıqlarının quraşdırılması və istismarı” ixtisası üzrə təhsil almış və hazırda Qarabağda elektrik kimi fəaliyyət göstərən Toğrul Dadaşzadə qazandığı nəzəri və praktik biliklərin real layihələrdə tətbiqindən və təhsilinin onun peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edib.

1 /11

Şərhlər

Xəbər lenti

22 may, 09:56

ADNSU Malatya Turgut Özal Universiteti ilə əməkdaşlıq edəcək

22 may, 09:47

Bu gündən MİQ imtahanlarına qeydiyyat başlayır

22 may, 09:42

Azərbaycan dili imtahanının II cəhdinə qeydiyyat başlayır

22 may, 09:06

Müəllimlər üçün beynəlxalq sertifikasiya təlimləri başlayıb

21 may, 19:53

Çin məktəblərdə süni intellektin tədrisi ilə bağlı mühüm sənəd hazırlayıb

21 may, 18:22

Ürək xəstəliklərini müəyyən edən süni intellekt sistemi yaradılıb

21 may, 17:53

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsi davam edir

21 may, 17:47

AzMİU region məktəblərinin şagirdləri ilə görüşüb

21 may, 17:32

NDU-da “Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib

21 may, 17:26

BMU ilə ATİAHİ arasında müzakirə formatında görüş keçirilib

21 may, 17:25

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub

21 may, 16:43

Qarabağ Universitetinin Klinikası vakansiya elan edir

21 may, 16:42

AzMİU tələbələri sosial yönümlü xeyriyyə tədbiri gerçəkləşdirib

21 may, 16:32

BŞTİ-də yeni kadr təyinatı olub

21 may, 15:45

1 iyunda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

21 may, 15:31

Buraxılış imtahanında iştirak etmiş 30 nəfərin balı aşağı salınıb

21 may, 15:27

DİM: 1824 abituriyentin buraxılış imtahanı qiymətində düzəliş edilib

21 may, 15:23

Buraxılış imtahanları ilə bağlı apellyasiya nəticələri açıqlanıb

21 may, 15:01

STEAM resurslarından ibarət sənəd hazırlanıb

21 may, 14:51

Məktəblərdə kibertəhlükəsizliklə bağlı təlimlər keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.