
Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər mayın 22-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı günün ikinci yarısı aktiv ediləcək.
Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 29-da keçiriləcək.
Xatırladaq ki, 2025-ci il mayın 4-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 4-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.
Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər