Bütün xəbərlər
22 may, 12:15

13–16 may tarixlərində Qazaxıstanın Türkistan şəhərində “Türk Mühəndislər Dərnəyi” nin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəvəti ilə Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Elvin Bəxtiyarlı, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov, Kibertəhlükəsizlik kafedrasının müdiri professor Yadigar İmamverdiyev və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri dosent Atif Namazov “II Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”ndə müxtəlif sahələr üzrə keçirilən müzakirələrdə iştirak edib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, AzTU əməkdaşları tədbirdə müvafiq mövzularda geniş təqdimat ediblər.

Tədbirdə mühəndisliyin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, mühəndisliyin müasir problemləri, qarşıda duran vəzifələri, Türk Dünyası Mühəndislik Birliyi, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, ictimai təşkilatların, həmkarlar ittifaqlarının mühəndislikdə rolu istiqamətində çıxış edən Elvin Bəxtiyarlı tədbirdə ATİAHİ Respublika Komitəsi və müvafiq olaraq AzTU HİK tərəfindən həyata keçirilən işlərdən danışıb.

Dörd gün davam edən zirvə görüşündə mühəndisliyin bir sıra istiqamətlərində müzakirələr aparılıb. Tədbirin sonunda 2026-cı ildə “III Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”nin Azərbaycanda keçirilməsi qərara alınıb.

1 /6

Şərhlər

Xəbər lenti

8 iyul, 18:01

Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlanıb

8 iyul, 16:45

Qarabağ Universiteti tibbi kadr hazırlığına başlayır – Plan yerləri müəyyənləşdi

8 iyul, 16:35

MDU "Azəralüminium"la əməkdaşlığa başlayır

8 iyul, 16:31

Yüzlərlə gənc arasından seçilib nazirlikdə təcrübəyə başladılar – REPORTAJ

8 iyul, 15:58

“Sualları rahatlıqla cavablandırdım” MİQ imtahanında maksimum bal toplayan müəllim

8 iyul, 15:55

ARTİ-nin şöbə müdiri: MİQ-in elektron keçirilməsi qiymətləndirmədə insan amilini minimuma endirir

8 iyul, 14:58

“Müasir metodist” layihəsinin növbəti mərhələsi üzrə təlimlər yekunlaşıb

8 iyul, 14:58

Qabiliyyət imtahanları davam edir

8 iyul, 14:37

İngilis dili müəllimlərinin MİQ sınağı: “Bir az da çalışıb pik həddə çatacağam”

8 iyul, 14:08

Həmkarlar İttifaqının yollayışını necə almaq olar? – AÇIQLAMA

8 iyul, 13:52

Peşə mərkəzində “Azərsilah"ın əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

8 iyul, 13:47

Cazla böyüyən yeniyetmə: Musiqi təhsil yolumu daha da zənginləşdirir

8 iyul, 13:33

NDU-da üç yeni informasiya sistemi yaradılıb

8 iyul, 13:31

9 və 11-ci sinfi fərqlənmə attestası ilə bitirənlərin sayı açıqlanıb

8 iyul, 13:04

O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri

8 iyul, 12:49

Bu gündən məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

8 iyul, 12:46

Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib

8 iyul, 12:43

Sabahın hava proqnozu açıqlanıb

8 iyul, 12:04

MİQ-də metodika üzrə sualların çətinliyi ilə bağlı iddialara RƏSMİ MÜNASİBƏT 

8 iyul, 10:57

Vəfa Yaqublu: 70 minə yaxın müraciətin olması müəllimlik peşəsinə marağın artmasından xəbər verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.