Bütün xəbərlər
8 iyul, 13:47

İstedadı ilə seçilən məktəblilərimizin yaradıcı qabiliyyətlərinin inkişaf etdirməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır ki, onlar potensiallarını tam inkişaf etdirə bilsinlər. Beynəlxalq və yerli müsabiqələrdə, festivallarda, konsertlərdə təhsil aldıqları məktəbin adını tanıtmaqla yanaşı, həm də ölkəmizi layiqincə təmsil etsinlər. 

“Azərbaycan müəllimi” onlardan biri ilə yaxından tanış olub.

Adnan Kərimli 2024-cü ildə keçirilən Uşaq İncəsənət Festivalında birinci yeri tutub. 

O, 2013-cü ildə Bakı şəhərində anadan olub. Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin 7-ci sinfinə, eyni zamanda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 4-cü sinfinə keçib. Musiqi məktəbində o, caz ifaçısı olaraq barabanlarda ifa edir. Musiqiyə olan sevgisini yeniyetmə belə dilə gətirir: 

“Musiqi ilə məşğul olmaq mənə motivasiya verir. Musiqi həmçinin düşünməmi gücləndirir və konsentrasiyamı artırır. Müntəzəm olaraq dərslərimi də oxuyuram. Hər iki fəaliyyəti paralel şəkildə idarə etmək mütəşəkkil bir zaman planlaması tələb edir, musiqi və təhsil arasında bir tarazlıq taparaq hər ikisini də uğurla yerinə yetirirəm. Əslində, musiqi təhsil yolumu daha da zənginləşdirir və mənim yaradıcı potensialımı inkişaf etdirir”.

Adnan qalibi olduğu Uşaq İncəsənət Festivalı ilə bağlı da təəssüratlarını bölüşüb: 

“Musiqi həyatımın mühüm bir hissəsidir. “UİF-2024”də iştirak etmək mənim üçün bir fürsət oldu, çünki öz bacarıqlarımı daha geniş auditoriya qarşısında nümayiş etdirmək istəyirdim. Festivalda iştirak etməklə həm özümə inamımı artırdım, həm də sənət dünyasında yeni təcrübələr qazandım. Festival çox möhtəşəm keçdi və bu, mənim üçün çox maraqlı oldu. Bir çox fərqli sənət növü üzrə də iştirakçılar vardı. Hər bir iştirakçı öz sənətini böyük həvəslə təqdim edirdi və bu məqam məni çox təsirləndirdi. Mən “Peşəkar səviyyədə caz ifaçılığı” kateqoriyası üzrə iştirak etdim. Qalib olmaq mənim üçün olduqca xoş bir sürpriz oldu. Qalib olarkən keçirdiyim hisslərimi sözlə ifadə etmək çətindir,  həm sevincli, həm də çox qürurlu idim. Səylərimin qarşılığını almaq çox gözəl hissdir”.

Bir çox konsert və müsabiqələrdə uğurla çıxış edən Adnan Kərimli iyunun 14-dən 28-dək keçirilən və musiqisevərlərə dünya virtuozlarının ifasında müxtəlif janrlarda musiqilər təqdim edilən Bakı Piano Festivalı 2025-də də ifası ilə tamaşıçıları heyrətləndirməyə müvəffəq olub. O, iyulun 24-dən 29-dək keçiriləcək Qəbələ Beynəlxalq Festivalına da dəvət alıb.

İstedadlı ifaçı gələcəkdə daha da inkişaf etməyi və musiqi sahəsində peşəkar bir səviyyəyə çatmağı arzulayır: “Mən təhsilimi mükəmməl şəkildə davam etdirmək istəyirəm ki, həm sənət, həm də akademik sahədə uğurlar qazanım. Hədəfim musiqi sahəsində daha da peşəkarlaşmaq və beynəlxalq festivallarda iştirak etməkdir”.

Adnan uğur qazanmağın sirrinin, ilk növbədə, özünəinamda gördüyünü qeyd edir: 

“Hər bir ifaçı, musiqiçi öz bacarıqlarına inanaraq səhnədə ən yaxşı bacarıqlarını göstərməlidir. Çalışıram ki, təcrübəmi səmimi və həvəslə nümayiş etdirim. Təqdim etdiyim hər bir işə böyük sevgi və diqqət ayırıram. Mükafat əldə etməyin ən vacib məqsəd olmadığını unutmamalıyıq, ən önəmlisi, sənətə olan sevgidir”.

1 /5

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.