Bütün xəbərlər
22 may, 11:45

Mayın 21-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyətini qəbul edib.

Görüşdə İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev, İT və informasiya təhlükəsizliyi şöbəsinin müdiri İlkin Əzizov, Kibertəhlükəsizlik üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbərləri Xəyyam Məsiyev və Gülnar Mirhüseynova, universitetin Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri Elçin Tağıyev və İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Elvin Muradzadə də iştirak edib.

Görüş zamanı rektor A.Eminov universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib. O xüsusilə ixtisaslar üzrə tədris proqramlarının və fənn sillabuslarının müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində aparılan fəaliyyətləri diqqətə çatdırıb. Eyni zamanda, əməkdaş və tələbələrin xarici dil biliklərinin artırılması məqsədilə həyata keçirilən layihələr barədə danışıb. Rektor qeyd edib ki, MDU İRİA ilə əməkdaşlıqdan və onun imkanlarından faydalanmağa maraq göstərir.

Ş.Hacıyəhyayev göstərilən diqqət və dəstək üçün minnətdarlığını ifadə edərək ali təhsil müəssisələri ilə əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr barədə geniş məlumat verib. O xüsusilə universitetlərdə informasiya texnologiyaları sahəsində ixtisaslaşan fakültələr üçün fənn proqramlarının və sillabuslarının təkmilləşdirilməsi üzrə agentliyin göstərdiyi dəstəyi və birgə fəaliyyətin perspektivlərini vurğulayıb.

Agentlik nümayəndələri Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin icra etdiyi və ölkədə kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsini hədəfləyən “Beyin Mərkəzi” layihəsi çərçivəsində birgə fəaliyyətin əhəmiyyətini xüsusi vurğulayıblar. Müəllimlər üçün master-klasların təşkili, tələbələr üçün hakatonların keçirilməsi, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ixtisasları üzrə tədris proqramları və sillabusların yenilənərək əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində konkret addımların atılması barədə əməkdaşlıqla bağlı ilkin razılıq əldə edilib.

Görüşdən sonra İRİA-nın nümayəndələri tərəfindən MDU-nun akademik-inzibati heyət üzvləri və tələbələri üçün “Kibermaarifləndirmə və kibergigiyena” mövzusunda infosessiya keçirilib. İnfosessiyada informasiya təhlükəsizliyi, kibercinayətlərə qarşı mübarizə yolları, şəxsi məlumatların qorunması ilə bağlı məlumat verilib. 

1 /7

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.