Bütün xəbərlər
22 may, 12:00

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin müasir təhsil yanaşmaları ilə tanışlığı və innovativ düşüncələrinin inkişafı məqsədilə ADPU ENACTUS komandasının təşkilatçılığı və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə bir sıra maarifləndirici sessiyalar təşkil olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sessiyalarda tanınmış mütəxəssislər tədris prosesində yeni metod və alətlərin tətbiqi, layihə əsaslı və oyun əsaslı öyrənmənin tədrisdə rolu, eləcə də rəqəmsal platformalardan istifadənin perspektivləri haqqında ətraflı məlumat veriblər.

16 may tarixində baş tutan “Onlayn təhsil platforması” adlı sessiyada ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov açılış nitqi ilə çıxış edib. Görüşdə “Safavy” platformasının təsisçisi Könül Quliyeva onlayn təhsilin inkişaf dinamikası və tətbiq imkanları barədə təqdimatla çıxış edib.

19 may tarixində keçirilən “Gələcəyin təhsili: Layihə əsaslı öyrənməyə keçid” sessiyasında çıxış edən “Taskool” platformasının təsisçisi Nəriman Qarayev layihə əsaslı təhsil modelinin mahiyyəti və tədrisdəki effektivliyi ilə bağlı praktik nümunələr əsasında tələbələrlə müzakirə aparıb. Tədbirin açılışını ADPU ENACTUS komandasının rəhbəri Şahin Məmmədli, təqdimat hissəsini isə Aytac Abbasova həyata keçirib.

20 may tarixində baş tutan “Məktəbdə interaktiv oyunlardan istifadənin yolları” adlı sessiyanın açılışını komandanın koordinatoru Zenfira Seyidova həyata keçirib. Bilim Bakı Mərkəzinin müəllimi Aynur Hüseynova tədrisdə oyun metodikasının tətbiqi və şagird motivasiyasının artırılmasına dair praktiki tövsiyələrini bölüşüb. 
Sessiyalar tələbələrin böyük marağı ilə qarşılanıb və hər üç görüş interaktiv müzakirələr, sual-cavab sessiyaları formasında keçib.

1 /2

Şərhlər

Xəbər lenti

6 avqust, 10:16

“Bambuk məktəb" nümunəsi

6 avqust, 09:48

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

6 avqust, 09:34

BDU-da Süni İntellekt Etikası üzrə Gənclər Forumu keçiriləcək

6 avqust, 09:29

Bu gündən MİQ üzrə vakansiya seçimi başlayır

5 avqust, 17:42

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

5 avqust, 17:29

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

5 avqust, 16:39

Məktəbdə iş şəraitinin müəllim məmnuniyyətinə təsiri

5 avqust, 16:31

BDU və Yerusəlim İbrani Universiteti arasında ikili diplom proqramına dair infosessiya keçirilib

5 avqust, 15:53

Azyaşlı aktyorlar: Gəncə məktəbliləri teatr səhnəsində 

5 avqust, 15:33

Elektron lövhəli dərslər, robot yaradan şagirdlər – 22 müəllimi, 23 şagirdi olan Kələki məktəbindən REPORTAJ

5 avqust, 15:29

Bulud sistemləri ilə bağlı intellektual metod və alqoritmlər hazırlanıb - Elmi nəticə

5 avqust, 14:53

Azərbaycanlı tələbələr Çində yay düşərgəsində iştirak edəcəklər

5 avqust, 14:12

Olimpiadada təkcə medal yox, təcrübə də qazandılar – 78 ölkənin şagirdləri arasından seçilənlər

5 avqust, 14:10

RFO-nun ikiqat qızıl medalçısı Qarabağ Universitetində oxuyacaq 

5 avqust, 13:57

Məktəb direktorları beynəlxalq təcrübə proqramında iştirak ediblər 

5 avqust, 13:36

Mərkəzi Aranda Müəllim Resurs Mərkəzi yaradılır

5 avqust, 12:59

Peşə təhsili alıb necə mühəndis oldu? – Əlinin Müdafiə Sənayesi Nazirliyinədək uzanan uğur yolu

5 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

5 avqust, 12:33

Həmyerlimiz Avropa Kubokunda uğur qazanıb

5 avqust, 12:28

ADNSU-da “Enerji təhlükəsizliyi və transformasiya” mövzusunda “Yay məktəbi” keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.