
Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi şəhər və rayonlar üzrə Müəllim Resurs Mərkəzinin yaradılması planlaşdırılır.
İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, yeni mərkəz aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcək:
- Təhsilverənlərin hüquq və vəzifələrinin icrasına dair formaların müəyyən edilməsi;
- Tədris prosesinin səmərəli təşkili üzrə metodik dəstəyin təmin olunması;
- Şagirdlərin uğurlu təliminə xidmət edən dəstəkləyici mühitin formalaşdırılması; Təhsilverənlərin pedaqoji bacarıqlarının inkişafı və davamlı dəstəklənməsi;
– Qanunvericiliyə uyğun pedaqoji tələblərin məqsədyönlü və effektiv tətbiqi mexanizmlərinin işlənməsi.
Müəllim Resurs Mərkəzinə dəstək olmaq istəyən müəllimlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat 15 avqust saat 00:00-a qədər açıq olacaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər