Bütün xəbərlər
5 avqust, 14:12

Azərbaycan məktəbliləri daha bir beynəlxalq uğura imza atıblar. İyulun 20–27-də Filippinin Keson şəhərində keçirilən 36-cı Beynəlxalq Biologiya Olimpiadasında (IBO) ölkəmizi təmsil edən şagirdlər uğurlu nəticələr əldə ediblər. 78 ölkənin iştirak etdiyi nüfuzlu elmi yarışda Azərbaycan komandası bir bürünc medal və bir həvəsləndirici mükafatla vətənə qayıdıb. 

“Azərbaycan müəllimi” onları təqdim edir.

“Bu il medal almaq üçün çox çalışdım”

Bakı şəhəri 274 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əhməd Əhmədli yarışın bürünc medalçısıdır. Əhməd bu yarışın onun üçün əhəmiyyətini xüsusi vurğulayaraq  qeyd edib ki, Beynəlxalq Biologiya Olimpiadası Azərbaycanın da uzun illər qatıldığı ən nüfuzlu elmi yarışmalardan biridir: “Bu yarışda iştirak etmək belə böyük hissdir, medal almaq isə qürurvericidir. Ölkəmin adının 70-dən çox ölkənin nümayəndəsinin qarşısında çəkilməsi mənim üçün unudulmaz təcrübə oldu. IBO-da ikinci dəfə iştirak edirdim. Keçən il medalsız qayıtdığımızdan bu il medal almaq üçün çox çalışdım”.

Əhməd bildirib ki, olimpiada hazırlıqlarına əslində bir az gec –10-cu sinifdə başlayıb. Onu olimpiadada iştiraka həvəsləndirən əsas şəxslər isə valideynləri olub. Daha sonra olimpiada yolunda tanıdığı dostları da irəliləməsində ona kömək ediblər. Olimpiadada iştirak və qalibiyyət ona özünü və bacarıqlarını kəşf etmək, həm də inkişaf etdirmək imkanı qazandırıb. Bundan əlavə, ölkəsini beynəlxalq arenada təmsil etmək onun üçün çox dəyərli xatirə olub.

Əhməd deyir ki, ilk dəfə 10-cu sinifdə oxuyarkən Respublika fənn olimpiadalarına (RFO) hazırlaşmağa başlayıb və həmin il bürünc medal alıb. Əslində, daha yüksək nəticə hədəfləsə də, bu onun ilk medalı olduğu üçün çox sevinib: “Eyni ildə Qazaxıstanın Astana şəhərində keçirilən 35-ci Beynəlxalq Biologiya Olimpiadasında iştirak etdim, ancaq təəssüf ki, keçən il IBO-dan əliboş qayıtdım. Amma 11-ci sinifdə oxuyarkən RFO-da qızıl, 36-cı Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal aldım”.

Ən sevdiyi fənnin biologiya olduğunu deyən Əhmədin bu marağı uşaqlıqdan başlayıb, çünki anası biologiya müəllimidir. Biologiyadan əlavə linqvistikaya da maraq göstərir, bəzən boş vaxtlarında dilləri araşdırır.
Ən böyük dəstəkçilərinin valideynləri, olimpiadada tanıdığı dostları və müəllimləri olduğunu qeyd edib: “Əslində bu nöqtəyə gəlməyimdə saymaqla bitməyəcək qədər insanın əməyi var. Boş vaxtlarımda videooyunları oynamağı, maraqlı mövzularda araşdırma aparmağı və kitab oxumağı sevirəm”. 
O deyir ki, sonuncu dəfə “Da Vinçi şifrəsi”ni oxuyub, təxminən 1-2 il əvvəl. Olimpiadaya başladıqdan sonra bədii kitablara vaxt ayıra bilməyib, amma uşaqlıqda mütailə etməyi çox sevib.

Əhmədin fikrincə, uğur əldə etmək üçün effektiv çalışmaq da ən azı çox çalışmaq qədər vacibdir. Həmçinin insanın yönəldiyi sahəyə marağı olması çox önəmlidir: “Fikrimcə, eqoistlik irəliləməyə mane olan əsas amillərdən biridir. Təvazökar insanlar isə öyrənməyə daha açıq olurlar”.
Əhməd deyir ki, çox planlı insan deyil və gününü də adətən planlaşdırmır.  Amma bu, tövsiyə etdiyi bir şey deyil. 
O, ali təhsilini xaricdə almağı düşünür. ABŞ, Böyük Britaniya, Cənubi Koreya və Sinqapur universitetlərinə müraciət etməyi planlaşdırır. Buna görə də yerli ali məktəblərə qəbul imtahanında iştirak etməyib. Musiqi ilə yalnız həvəskar səviyyədə maraqlanır. Uşaqlığında tar ifa edib və gələcəkdə başqa bir musiqi alətində çalmağı öyrənmək istəyir.

“Olimpiada sadəcə yarışıb medal almaq deyil, beynəlxalq əlaqələr qurmaq, müxtəlif millətlərin adət-ənənələri ilə tanış olmaq deməkdir”

Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Məmmədemin Səlimli isə həvəsləndirici mükafata layiq görülüb. O deyir ki, beynəlxalq olimpiadada qaliblər arasında qalib olmağa çalışırsan: “Olimpiada sadəcə yarışıb medal almaq deyil, beynəlxalq əlaqələr qurmaq, müxtəlif millətlərin adət-ənənələri ilə tanış olmaq, onlarla ünsiyyət bacarığını inkişaf etdirmək və gələcək həyat üçün dəyərli tanışlıqlar qazanmaq deməkdir”.

7-ci sinifdən biologiya müsabiqələrində iştirak edən Məmmədemin zamanla daha böyük məqsədlər qoyub. 10–11-ci siniflərdə beynəlxalq olimpiadalarda medal qazanmaq üçün çalışıb. Biologiya onun ən sevdiyi fəndir və bu maraq uşaq yaşlarından təbiətə qarşı olan sevgisi ilə başlayıb.

Ən böyük dəstəkçisinin ailəsi olduğunu bildirib, çünki ailəsi ona hər cür şərait yaradıb.

Onun son 2 ildə, demək olar ki, boş vaxtı olmayıb. Amma boş vaxt tapan kimi gəzintiyə çıxır, velosiped sürür və film izləyir.
Məmmədeminin gözəl rəsm çəkmə qabiliyyəti var. O, gündəlik plan tərtib etmir, çünki plan pozulanda özünü qırılmış hiss edir. Ona görə də qarşısına məqsəd qoyub, fürsət olduqca həmin məqsədi yerinə yetirməyə çalışıb. Bədii kitablara isə marağı az olsa da, elmi kitablara marağı çoxdur. Buna görə də boş vaxtlarında əsasən elmi kitabları oxuyur. İlk olaraq Azərbaycan Tibb Universitetində təhsil almağı planlaşdırır. Əgər dövlət dəstəyi qazanarsa, Türkiyədə Hacettepe Universitetində oxumaq istəyir.

Şərhlər

Xəbər lenti

6 avqust, 11:39

Diaspor gəncləri Qarabağ Universitetində olublar

6 avqust, 11:18

Lisey və gimnaziyalara seçim prosesi başlayır

6 avqust, 11:10

Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən azad edilib

6 avqust, 11:05

Bölgə gənclərinin rəqəmsal və süni intellekt savadlılığı artırılır

6 avqust, 10:53

Anasının arzusunu gerçəkləşdirdi – Region birincisi olan Nəzrinin uğur hekayəsi

6 avqust, 10:16

“Bambuk məktəb" nümunəsi

6 avqust, 09:48

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

6 avqust, 09:34

BDU-da Süni İntellekt Etikası üzrə Gənclər Forumu keçiriləcək

6 avqust, 09:29

Bu gündən MİQ üzrə vakansiya seçimi başlayır

5 avqust, 17:42

Tələbələrin köçürülməsi üzrə nəticələr AÇIQLANDI 

5 avqust, 17:29

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI

5 avqust, 16:39

Məktəbdə iş şəraitinin müəllim məmnuniyyətinə təsiri

5 avqust, 16:31

BDU və Yerusəlim İbrani Universiteti arasında ikili diplom proqramına dair infosessiya keçirilib

5 avqust, 15:53

Azyaşlı aktyorlar: Gəncə məktəbliləri teatr səhnəsində 

5 avqust, 15:33

Elektron lövhəli dərslər, robot yaradan şagirdlər – 22 müəllimi, 23 şagirdi olan Kələki məktəbindən REPORTAJ

5 avqust, 15:29

Bulud sistemləri ilə bağlı intellektual metod və alqoritmlər hazırlanıb - Elmi nəticə

5 avqust, 14:53

Azərbaycanlı tələbələr Çində yay düşərgəsində iştirak edəcəklər

5 avqust, 14:10

RFO-nun ikiqat qızıl medalçısı Qarabağ Universitetində oxuyacaq 

5 avqust, 13:57

Məktəb direktorları beynəlxalq təcrübə proqramında iştirak ediblər 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.