Bütün xəbərlər
5 avqust, 12:59

Əli Məmmədov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. Yüksək texniki peşə təhsili alaraq subbakalavr diplomu ilə ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin ixtisas seçimi mərhələsinə müsabiqədənkənar qatılıb və artıq Azərbaycan Texniki Universitetinin II kurs tələbəsidir. Aldığı peşə təhsili sayəsində tələbə də olsa, artıq iş-güc sahibidir. Müdafiə sənayesi sahəsində çalışır. Həm tələbədir, həm mühəndis. Buna necə nail olub? Təbii ki, peşə təhsili sayəsində.

Əmisinin tövsiyəsi ilə həyatını dəyişdi

Əli Məmmədov Laçın rayonunun Şeylanlı kəndindən olan ailəsində, hətta bütün qohumları arasında ilk dəfə peşə təhsili alan şəxsdir. Laçın rayonu 34 nömrəli tam orta məktəbdə təhsilini tamamladıqdan, özü də yüksək qiymətlərlə başa vurduqdan sonra peşə təhsilinə yönəlib. Dediyinə görə, bunu əmisinin tövsiyəsi ilə edib: “Buranı mənə ADA Universitetində çalışan əmim Gülməmməd Məmmədov tövsiyə etdi. O, peşə təhsilinin ölkəmizin inkişafında oynaya biləcəyi mühüm rolu mənə izah edərək bu seçimi etməyi məsləhət gördü. Zaman keçdikcə bu seçimin nə qədər doğru olduğuna bir daha əmin oluram”.

Peşə təhsilinin 2 səviyyəsində – texniki peşə və yüksək texniki peşə təhsili alıb. Hər ikisini Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxuyub. Əvvəlcə, yəni 2020-2021ci illərdə “Elektronika” ixtisası üzrə təhsil alıb: “Bu ixtisasla bağlı heç bir məlumatım yox idi. Əmim olmasa, nəinki bu ixtisası seçəcəkdim, ümumiyyətlə, peşə təhsili almayacaq, bu imkandan xəbərim belə olmayacaqdı. Olsa belə, bəlkə yanlış istiqamətə yol alacaqdım. Əmim mənə tövsiyələr vermişdi, bu ixtisasın əsasən də müdafiə sənayesində istehsalat üzrə real layihələrdə işləmək imkanı verəcəyini demişdi. Məni bu yöndə məlumatlandıraraq bu ixtisası seçsəm, peşman olmayacağımı söyləmişdi”.
Əli əmisinin tövsiyəsinə əməl edərək bu ixtisasa yiyələnib. Təhsil aldığı müddətdə ixtisasını çox sevib. Bu istiqamətdə bilik və bacarıqlarını artırmağa qərar verib: “Texniki peşə təhsili səviyyəsində təhsilimi uğurla başa çatdırıb yüksək texniki peşə təhsili də almaq istədim. Bu imkan həmin mərkəzdə vardı”.

1 doğru qərardan sonra 1 yanlış qərar verdi

Əli də bu imkandan yararlanmaq istəyib: “3 illik yüksək texniki peşə təhsili almağa başladım. 2024-cü ildə yüksək nəticələr göstərərək Azərbaycan Texniki Universitetinə qəbul oldum”.

Təhsilinin ilk bir ilində yanlış qərar verdiyini anlayıb:  “"Avtomobi diaqnostikası" ixtisasını seçmişdim. Bu ixtisası seçərkən elə təsəvvür edirdim ki, avtomobilin beynini, elektronikasını öyrənəcəyəm. Bu məqsədlə bu ixtisası seçdim. İlk 1 il ərzində anladım ki, düşündüyüm kimi deyil, səhv etmişəm. Bu ixtisas üzrə təhsil tam istəyimə cavab vermədi”.

Üstəlik, yüksək texniki peşə təhsilində aldığı ixtisas ona ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin ixtisas seçimi mərhələsində məhdudiyyət yaradaraq istiqamətini dəyişməyinə səbəb olub: “Ali təhsil müəssisələrinə subbakalavr kimi müraciət edərək müsabiqədənkənar, yəni birbaşa ixtisas seçimi mərhələsinə qatıldım. Məlum oldu ki, “Avtomobil diaqnostikası” ixtisasına uyğun olaraq ancaq avtomobillə əlaqəli ixtisaslardan seçmək imkanım var. 
Buna görə də “Nəqliyyat mühəndisliyi” ixtisasını seçdim. Artıq bu ixtisas üzrə biliklərə yiyələnirəm”.

Amma hədəfindən yayınmadı

İndi harada təhsil almağından asılı olmayaraq, elektronika onun sevdiyi sahədir: “Əvvəllər ixtisasımla bağlı fikir formalaşdıra bilməsəm də, peşə təhsili aldığım müddətdə öz sahəmə olan marağım daha da genişləndi, iş imkanlarım həddən çox artdı. İxtisasımı çox sevirəm. Hazırda Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda məhz bu sahə üzrə çalışır,  burada real layihələrdə iştirak edir, ölkəmin müdafiə və texnologiya sektorunun inkişafına töhfə verməyə çalışıram”.

Əli deyir ki, bu işi də məhz təhsil aldığı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi sayəsində qazanıb: “2024-cü ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində məni informasiya kommunikasiya texnologiyaları sahəsində təqaüd verən “Technest” milli təqaüd proqramına yönləndirdilər. Həmin təqaüd proqramı ilə 8 ay peşəkar “Elektronika mühəndisliyi” üzrə nəzəri və praktiki biliklər əldə etdim. Təlimdən sonra Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunda işə başladım. Təqaüd proqramı başa çatandan sonra müəyyən tapşırıqlar verildi, həmin tapşırıqları yerinə yetirdim, mentor fəaliyyəti göstərdim. Sonra seçim həyata keçirildi və qabiliyyəti olan 5-6 nəfər müdafiə sənayesi komandasına dəvət olundu, mən də onlardan biri idim”.

Gələcəyini də sevdiyi bu sahədə görür: “Düzdür, hazırda çalışdığım sahənin universitetdə təhsil aldığım ixtisasla heç bir əlaqəsi yoxdur, amma həvəslə təhsil alıram. Amma bu, texniki peşə təhsili aldığım ixtisası daha çox sevdiyim gerçəkliyini dəyişmir. Hazırda da sevdiyim işlə məşğulam. Mövqeyimdən çox razıyam. Ümumiyyətlə, məncə, insanın sevdiyi ixtisas üzrə çalışması kimi yaxşı bir şey yoxdur”.

Ona görə gələcəyini də burada görür: “Gələcək hədəfim Azərbaycan mühəndisliyini beynəlxalq arenada yüksək səviyyədə təmsil etmək, ölkəmizin texnoloji inkişafına ciddi töhfələr vermək və yeni nəsil gənclərə ilham mənbəyi olmaqdır”.

Şərhlər

Xəbər lenti

27 avqust, 17:31

Xaricdə onlayn təhsil almaq istəyənlərin nəzərinə! – Agentlik xəbərdarlıq etdi

27 avqust, 17:30

Tələbə krediti ilə oxuyan Amil: “Dəstək olmasaydı, məzun ola bilməyəcəkdim”

27 avqust, 17:29

Dövlət Proqramı vakansiya elan edib

27 avqust, 17:28

"Yenilənən məktəblər": Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəb – FOTOLAR

27 avqust, 17:19

AFFA-da Avropa çempionu olan ASA-nın futzal komandası ilə görüş keçirilib

27 avqust, 17:15

Ötən il qəbul oldu, amma imtina etdi – Bu il bacısı ilə birgə tələbə adını qazandılar

27 avqust, 17:05

Naxçıvanda 12 ucqar kənd məktəbinin bütün məzunları ali məktəbə qəbul olub

27 avqust, 16:44

Hindistan məktəblərində mənəvi dəyərlər tədris ediləcək

27 avqust, 16:31

"Google Translate" "Duolingo" ilə rəqabət aparmaq istəyir

27 avqust, 15:39

NDU-ya yüksək bal toplayan tələbələrin qəbulu 4 dəfə artıb

27 avqust, 15:23

Evdə təhsildən peşəyə uzanan yol... – Aytacın hekayəsi

27 avqust, 14:44

1300-dən çox namizəd MİQ üzrə vakansiya seçimində uğur qazanıb

27 avqust, 14:38

MİQ üzrə vakansiya seçiminin nəticələri elan edilib

27 avqust, 14:24

Azərbaycanlı tələbələr HTP çərçivəsində Rumıniyada təhsil alacaqlar

27 avqust, 13:33

Astaranın kiçik kəndindən ABŞ universitetinə gedən yol – Uğur hekayəsi

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.