Bütün xəbərlər
27 avqust, 17:19

14-cü Futzal üzrə Universitetlərarası Avropa Çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə AFFA-da görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov çıxış ediblər. 

Çıxışçılar komandamızın qələbəsini tarixi bir hadisə kimi dəyərləndirərək bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev çıxışında komandamızın yarışda güclü İspaniya və Fransa komandalarına qalib gəlməsini xüsusi vurğulayıb və AFFA-nın prezidenti Rövşən Nəcəfin təbriklərini çatdırıb. 

Görüşün sonunda AFFA tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib. 

Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatında ölkəmizi təmsil edib. Komandamız qrup mərhələsində İsveçrə komandasına (5:1), Xorvatiya komandasına (6:2) qalib gələrək 1/4 finalda Fransa komandası üzərində 5:4, yarımfinalda İspaniya komandasına 5:1, finalda İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.

Komandanın Avropa Çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.

1 /7

Şərhlər

Xəbər lenti

27 avqust, 17:31

Xaricdə onlayn təhsil almaq istəyənlərin nəzərinə! – Agentlik xəbərdarlıq etdi

27 avqust, 17:30

Tələbə krediti ilə oxuyan Amil: “Dəstək olmasaydı, məzun ola bilməyəcəkdim”

27 avqust, 17:29

Dövlət Proqramı vakansiya elan edib

27 avqust, 17:28

"Yenilənən məktəblər": Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəb – FOTOLAR

27 avqust, 17:15

Ötən il qəbul oldu, amma imtina etdi – Bu il bacısı ilə birgə tələbə adını qazandılar

27 avqust, 17:05

Naxçıvanda 12 ucqar kənd məktəbinin bütün məzunları ali məktəbə qəbul olub

27 avqust, 16:44

Hindistan məktəblərində mənəvi dəyərlər tədris ediləcək

27 avqust, 16:31

"Google Translate" "Duolingo" ilə rəqabət aparmaq istəyir

27 avqust, 15:39

NDU-ya yüksək bal toplayan tələbələrin qəbulu 4 dəfə artıb

27 avqust, 15:23

Evdə təhsildən peşəyə uzanan yol... – Aytacın hekayəsi

27 avqust, 14:44

1300-dən çox namizəd MİQ üzrə vakansiya seçimində uğur qazanıb

27 avqust, 14:38

MİQ üzrə vakansiya seçiminin nəticələri elan edilib

27 avqust, 14:24

Azərbaycanlı tələbələr HTP çərçivəsində Rumıniyada təhsil alacaqlar

27 avqust, 13:33

Astaranın kiçik kəndindən ABŞ universitetinə gedən yol – Uğur hekayəsi

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.