Bütün xəbərlər
27 avqust, 17:30

Amil Alesov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında sosial tələbə krediti ilə oxuyur. Öz borcunu özü qaytarmaq istəyən gənclərdəndir. Çox iddialıdır, yüksəlmək, inkişaf etmək, böyük imkanlara sahib olmaq istəyir.

Müəllimliyi seçdi

Amil Rusiyada doğulub, böyüyüb. Ancaq kökünə bağlı olduqlarından bir ayağı Azərbaycanda - Gəncədə olub. Ali təhsil müəssisələrinə qəbul imtahanlarına da burada qatılıb, ancaq bir əskiklə: “Atam rəhmətə gedən il mən ali məktəbə daxil oldum”.

Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) III kurs tələbəsidir. Fiziki tərbiyə müəllimi olmaq istəyir:
“Bu illər ərzində dərslərimdə məsuliyyətli və çalışqan olmağa səy göstərdim, təhsilimə kəsirsiz davam edirəm”.

Ailədə böyük itkinin nə olduğunu bildiyi kimi, ailədən verilən dəstəkdən güc almağı da öyrənib: “Atamın vəfatı ailəmiz üçün ağır itki oldu və vəziyyətimizi xeyli çətinləşdirdi. Anam səhhətindəki problemlərə görə işləyə bilmədiyi üçün ailəmizin yükü qardaşımın üzərinə düşdü. O, universitetə hazırlaşdığım dövrdə, sözün əsl mənasında, yanımda oldu, məhz onun həm mənəvi, həm maddi dəstəyi ilə qarşıma qoyduğum hədəfə çata bildim. Mən universitetə qəbul olduqdan az sonra qardaşım da hərbi xidmətə getdi. İndi onun üçün çox darıxıram, səbirsizliklə yolunu gözləyirəm. 2026-cı ilin yanvarında xidmətini başa vuraraq evimizə dönəcək”.

“Fondun köməyi məni dövlətimə daha da bağlı edir”

Ali təhsil almağa başlayana qədər qardaşından dəstək alan Amil onun gedişindən sonra dövlətin yaratdığı imkanlardan yararlanmaq qərarına gəlib: “Təhsil Tələbə Krediti Fonduna müraciətim də məhz ailəmizin mövcud maddi çətinlikləri ilə bağlıdır. Dövlətimizin yaratdığı bu imkan mənim üçün böyük dəstək oldu. Fondun köməyi sayəsində təhsilimi davam etdirə bilirəm və bu məni dövlətimə daha da bağlı edir”.

Amil deyir ki, bu dəstək olmasaydı, o, yəqin ki, oxuya bilməyəcəkdi: “Çətinliklərimiz çox olur, xüsusən qardaşım hərbi xidmətə gedəndən sonra. Əgər təhsil krediti götürmək imkanım olmasaydı, təhsilimi yarımçıq qoyub işləməliydim, bu da oxuya bilməyəcəyim, mənim kimi qardaşımın da əziyyətinin puç olacağı demək idi. Düzdür, yenə işləyirəm, amma tətil dövründə. Çünki fond mənim, sadəcə təhsil haqqımı ödəyib. Anamla bərabər yaşayırıq və onun səhhətində müəyyən problemlər var. Ona görə ailənin yükü indi bir az da mənim üzərimə düşür”.

Hər ikisinin etimadını doğruldacaq

Amil müəllimliyi seçib və işində yüksəlmək, ona olan ümidləri doğrultmaq niyyətindədir: “Əsas məqsədim universiteti uğurla başa vurmaq, ailəmə daha rahat, təminatlı bir həyat bəxş etməkdir. İstəyirəm ki, anam və qardaşım maddi sıxıntı çəkməsinlər. Ailəmin qürur duyacağı bir gənc olmaq əsas hədəfimdir”.

Amil bu gün özünü bir qardaşına, bir də dövlətinə borclu sayır: “Qardaşımın qayğısı və dəstəyi olmasaydı, bəlkə tələbə ola bilməyəcəkdim. Dövlətimizin qayğısı, yəni Təhsil Tələbə Krediti Fondunun dəstəyi olmasaydı, məzun ola bilməyəcəkdim. Hər ikisinin dəstəyini unutmayacağam. Bu etimadı doğrultmaq üçün var gücümlə oxumağa, gələcəkdə ailəmə yaxşı övlad, ölkəmə faydalı vətəndaş olmağa çalışacağam”.

Şərhlər

Xəbər lenti

27 avqust, 17:31

Xaricdə onlayn təhsil almaq istəyənlərin nəzərinə! – Agentlik xəbərdarlıq etdi

27 avqust, 17:29

Dövlət Proqramı vakansiya elan edib

27 avqust, 17:28

"Yenilənən məktəblər": Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəb – FOTOLAR

27 avqust, 17:19

AFFA-da Avropa çempionu olan ASA-nın futzal komandası ilə görüş keçirilib

27 avqust, 17:15

Ötən il qəbul oldu, amma imtina etdi – Bu il bacısı ilə birgə tələbə adını qazandılar

27 avqust, 17:05

Naxçıvanda 12 ucqar kənd məktəbinin bütün məzunları ali məktəbə qəbul olub

27 avqust, 16:44

Hindistan məktəblərində mənəvi dəyərlər tədris ediləcək

27 avqust, 16:31

"Google Translate" "Duolingo" ilə rəqabət aparmaq istəyir

27 avqust, 15:39

NDU-ya yüksək bal toplayan tələbələrin qəbulu 4 dəfə artıb

27 avqust, 15:23

Evdə təhsildən peşəyə uzanan yol... – Aytacın hekayəsi

27 avqust, 14:44

1300-dən çox namizəd MİQ üzrə vakansiya seçimində uğur qazanıb

27 avqust, 14:38

MİQ üzrə vakansiya seçiminin nəticələri elan edilib

27 avqust, 14:24

Azərbaycanlı tələbələr HTP çərçivəsində Rumıniyada təhsil alacaqlar

27 avqust, 13:33

Astaranın kiçik kəndindən ABŞ universitetinə gedən yol – Uğur hekayəsi

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.