Bütün xəbərlər
27 avqust, 13:33

Astaranın Şiyəkəran kəndindən olan Nurlan Dadaşov uğurları ilə həm ailəsini, həm də doğulduğu el-obanı sevindirən gənclərdəndir. O, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olaraq ABŞ-nin nüfuzlu Berkli Kaliforniya Universitetində “Hüquqşünaslıq” ixtisası üzrə magistr təhsili alacaq. Dünya universitetlərinin reytinqində ilk yerlərdən birini tutan bu ali məktəbə qəbul xəbəri Nurlan üçün xüsusi önəm daşıyır.

“Əslində bundan əvvəl başqa universitetlərdən də qəbul təklifi almışdım, amma daha həyəcanla gözlədiyim Berkli Kaliforniya Universiteti idi. Qəbulun cavabı gecə saatlarında gəldiyinə görə həyəcandan dərhal dərk edə bilmədim. Səhər bu xəbəri bütün ailə üzvlərimlə paylaşdım”, – deyə Nurlan o həyəcanlı anları xatırlayır.

2021-ci ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında 646 bal toplayan və Bakı Dövlət Universitetinin SABAH qruplarında “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsilini 96.72 ÜOMG ilə başa vuran Nurlan həmçinin IELTS imtahanından 7 bal toplayıb. Onun uğur yolu asan olmayıb. Dövlət Proqramına müraciət zamanı yüksək rəqabətlə üzləşən gənc deyir ki, gənclərin xaricdə təhsil alması Azərbaycanın gələcək inkişafı üçün böyük töhfədir: “Düşünürəm ki, gənclərin beynəlxalq təcrübə qazanması onların xarici mühitdə öyrəndiyi innovativ biliklərin ölkəmizdə də müxtəlif yöndə tətbiqinə kömək edəcək. Bu, ölkəmizin gələcək inkişafına müsbət yöndə təsir edəcək əsas amillərdən biridir”. 

Gələcək planlarından da danışan Nurlan hüququn yeni istiqamətlərinə diqqət çəkir: “Süni intellekt və kibertəhlükəsizlik sürətlə inkişaf edir. Yaxın illərdə bu sahələrdə yeni normativ aktlara ehtiyac yaranacaq. Mən də bu istiqamətdə aparılacaq işlərə töhfə vermək istəyirəm”. 

Nurlanın 10 il sonra özünü harada və hansı mövqedə görməyi ilə bağlı suala cavabı da maraqlı oldu: “10 il sonra özümü hüquq-mühafizə orqanlarında çalışan hüquqşünas kimi görürəm, lakin vaxt keçdikcə hədəf və planlar dəyişdiyinə görə 10 il sonrakı mövqeyim fərqli ola bilər. Əminəm ki, hansı mövqedə olmağımdan asılı olmayaraq, ölkəm üçün faydalı olmağa çalışacağam”.

Gənclərə tövsiyəsi isə budur: “Hər kəs hədəfini düzgün müəyyənləşdirib üzərində möhkəm çalışmalıdır. Ən əsası isə harada olursunuzsa olun, Azərbaycanı layiqincə təmsil etməyin məsuliyyətini dərk edin və qazandığınız bilikləri ölkəmizin inkişafına yönəldin”.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 14:30

Peşə təmayüllü siniflərdə monitorinq aparacaq mütəxəssislər üçün təlim keçirilib

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

“Elon Mask məni ruhlandırdı” — Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.