
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin seçimində Naxçıvan Dövlət Universiteti ön sıralarda yer alıb.
Universitetin mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, NDU-ya yüksək balla qəbul olanların sayında dəfələrlə artım qeydə alınıb.
2025-2026-cı tədris ilində 600 baldan yuxarı nəticə göstərərək NDU-ya qəbul olan abituriyentlərin sayı 4 dəfəyə qədər artaraq 152 nəfərə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Xatırladaq ki, 2024-2025-ci tədris ilində bu rəqəm 41 nəfər idi.
Müxtəlif ixtisas qrupları üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər NDU-nun “Hüquqşüaslıq”, “Tibb”, “Dövlət və ictimai münasibətlər”, “Kompüter mühəndisliyi” və s. ixtisaslarda təhsil almaq imkanı əldə ediblər.
600 baldan yuxarı nəticə göstərən abituriyentlər arasında NDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasını seçən tələbələr də yer alır.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər