Bütün xəbərlər
27 avqust, 17:15

Hər bir insanın müəyyən arzu, plan və məqsədləri olur. Lakin hər kəs məqsədinə asan çatmır. Uğur əldə etmək üçün təkcə istək kifayət etmir, düzgün planlama, əzm, ardıcıllıq və özünəinam da əsas şərtlərdəndir.

Bu gün "Azərbaycan müəllimi" ötən il tələbə adını qazansa da, istədiyi ixtisasa qəbul olmadığı üçün ondan imtina edən, bu il isə yenidən imtahan verərək arzusuna çatan bir abituriyentin həyat yolunu sizə təqdim edir.

Mahir Səlimov ötən il Salyan şəhəri 2 nömrəli tam orta məktəbin məzunu olub. Ötən il Naxçıvan Dövlət Universitetinin Stomatologiya fakültəsinə qəbul olub. Lakin Mahirin arzusu “Müalicə işi” ixtisası üzrə ali təhsil almaq idi. Ona görə də qəbul olduğu yerdən imtina edərək yenidən imtahana hazırlaşmağa başlayıb. Nəhayət, builki qəbul imtahanlarında 641 bal toplayaraq Azərbaycan Tibb Universitetinin arzuladığı “Müalicə işi” ixtisasına qəbul olub:

"Əvvəl qəbul olduğum yerdən ona görə imtina etdim ki, ora mənim gələcək məqsədlərimə uyğun deyildi. “Müalicə işi” ixtisasına isə uşaq vaxtından sevgim var idi. Onun üçün də dayanmadan çalışıb, öz məqsədimə çatdım. Buna görə çox sevincliyəm, hisslərim sözlə ifadə oluna bilməz".

Mahir təhsil aldığı müddət ərzində bir çox uğurlara da nail olub: "9 və 11-ci sinifləri fərqlənmə attestatı ilə bitirmişəm. Bununla yanaşı, müxtəlif yarışlarda nailiyyətlər də əldə etmişəm".

Qəhrəmanımız abituriyentlərə öz tövsiyələrini bildirirək qeyd edir ki, qarşılarına bir məqsəd qoysunlar və o məqsəd uğrunda çalışsınlar:

"Abituriyentlərə məsləhətim ola bilər ki, məqsədləri uğrunda çalışarkən idmanla da məşğul olsunlar, sosial tədbirlərdə aktiv iştirak etsinlər".

Bu il Mahirin bacısı Nuray da tələbə adını qazanıb. O, Bakı Dövlət Universitetində kimya üzrə ali təhsil alacaq. Nurayda öz təəssüratlarını bizimlə bölüşür:

"Kimya fənninə olan marağım məni bu sahəni seçməyimə səbəb oldu. Sevindirici haldır ki, qardaşımla birgə bu il tələbə adını qazanmışıq. 9 və 11-ci sinifləri fərqlənmə attestatı ilə bitirmişəm. Ali məktəbə hazırlaşan abituriyentlərə demək istəyirəm ki, xəyallarının ardınca getsinlər. Yol çətin ola bilər, amma arzularından imtina etməsinlər".

Mahirin həyat yoluna nəzər salanda görürük ki, məqsədə qısa bir yolla çatmaq mümkün deyil, bu, uzunmüddətli əmək tələb edir. Bu yolda ən əsas güc insanın öz iradəsi və mübarizliyidir. Hər bir çətinlik bir təcrübədir, hər bir uğur isə yeni hədəflər üçün başlanğıc nöqtəsidir.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.