Bütün xəbərlər
21 may, 18:22

Çin alimləri tərəfindən ürək fəaliyyətini radiodalğalar vasitəsilə izləyən və ürək tutması zamanı əlamətləri real vaxtda müəyyən edən yeni texnoloji diaqnostika sistemi yaradılıb. 

“Azərbaycan müəllimi” “Nature” jurnalına istinadən xəbər verir ki, yeni sistem xüsusilə geniş yayılmış ürək ritmi pozuntusu olan mürəkkəb atrial fibrilyasiyanın, yəni titrəmə tipli aritmiyanın erkən mərhələdə təmas olmadan aşkarlanmasına imkan verir. 

Layihə Çin Elmi-Texnoloji Universitetinin (Hefey şəhəri) professoru Çen Yanın rəhbərliyi ilə həyata keçirilib. Tədqiqatçılar sübut ediblər ki, kompakt radarların yaydığı radiodalğaların ürək səthindən əks olunması zamanı yaranan siqnallardakı fərqlər sağlam və xəstə insanların ürək əzələsinin hərəkətlərindəki fərqləri təyin etməyə imkan verir. Bu metodikaya əsasən hazırlanan süni intellekt əsaslı sistem 6 200 nəfər könüllü (o cümlədən 229 nəfər aritmiya xəstəsi) üzərində sınaqdan keçirilib.

Süni intellekt alqoritmi təxminən 27 500 elektrokardioqram məlumatı əsasında öyrədilərək radardan gələn siqnalları analiz edib və doğru diaqnozla 90% dəqiqliklə aritmiyanı müəyyənləşdirib. Hətta bu sistem əvvəllər heç bir şikayəti olmayan və diaqnoz qoyulmamış iki yeni xəstədə də aritmiyanı vaxtında aşkarlayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, titrəmə tipli aritmiya dünyada ən çox yayılmış ürək ritmi pozuntularından biridir və hər onillikdə yayılma sürəti 8–9% artır. Hazırda bu diaqnozla yaşayan insanların sayı 33 milyon nəfəri keçib.

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.