Bütün xəbərlər
4 iyul, 11:52

Amerikada dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadənin uzun illər çalışdığı nüfuzlu Kaliforniya Berkli Universitetində azərbaycanlı və amerikalı alim-tədqiqatçıları bir araya gətirən “Akademiya və İnnovasiya Forumu 2025” (Gələcəyin naviqasiyası: Akademiya və İnnovasiyalar üçün Sinerjilərin qurulması” keçirilib.  

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkli Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə keçirilən 2 günlük tədbirdə ABŞ-nin müxtəlif akademik ocaqlarında çalışan azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri və yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, amerikalı alimlər və startap nümayəndələri, habelə Azərbaycanda təhsil və innovasiya sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Forumun məqsədi təhsil və innovasiya müstəvisində çağırış və imkanların müzakirəsi, Azərbaycan və ABŞ-dəki akademik dairələr və innovasiya mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan əsilli alim və peşəkarlar arasında şəbəkələşmənin genişləndirilməsidir. 

Tədbirdə ABŞ-Azərbaycan Akademiklər Şəbəkəsinin prezidenti, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekan müavini dr. Sevinc Məmmədova açılış nitqi ilə çıxış edərək innovasiyanın mərkəzi sayılan Kaliforniyada akademik tədqiqat və innovasiya iştirakçılarını məhsuldar müzakirələrə dəvət edib. 

Daha sonra Silikon Vadisində tanınmış professor dr. Marqaret Qonq Hankok və təhsil sahəsində tanınmış professor, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer çıxış ediblər.

Tədbirdə Minnesota Universitetinin professoru Anar Əhmədov, Cənubi Metodist Universitetinin professoru Dürdanə Balakişiyeva,  Kaliforniya Universitetindən Ayxan Yusifov, "Chartered Culture and Education Institute"dan Vasif Eyvazzadə, "Code Academy"dən Ülvi Aslanov, Ayaz Bayramov, Dr. Teymur Sadikhov və b. azərbaycanlı mütəxəssislər iştirak ediblər.

Forumda akademiyanın dəyişən dünyadakı rolu, təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması, ictimai faydaya yönəlik elmi yanaşmalar müzakirə olunub. Həmçinin fərdi şəkildə təhsil, texnologiya və digər sahələrdə azərbaycanlı alimlər, tələbələr və mütəxəssislərə müxtəlif yollarla töhfə vermiş şəxslərin təqdimatları nümayiş olunub. 

Tədbirin sonunda azərbaycanlı alim və mütəxəssislər tərəfindən icmanın inkişafına töhfələr, real təcrübələr və gələcək əməkdaşlıq imkanları təqdim edilib və bundan sonra bu cür təşəbbüslərə qoşulmaq istəyən üçün yeni platformanın təqdimatı olub.  

Corc Vaşinqton Universitetinin proqram rəhbəri Sevinc Məmmədova tədbirin məqsəd və əhəmiyyəti barədə fikirlərini bölüşüb:

“Məqsədimiz Azərbaycan və Amerika arasında olan körpünü daha da gücləndirmək, akademik təcrübəmizi bölüşmək, gələcək tərəfdaşlıq, birgə tədqiqat işlərini müzakirə etməkdir. Düşünürəm ki, konfrans çox uğurlu keçdi. Yeni dostlar qazandıq, yeni alimlərlə tanış olduq və “Azərbaycan üçün nə edə bilərik” sualına az da olsa, cavab tapa bildik. Amerikanın bir neçə universiteti ilə Azərbaycan universitetlərinin çox yaxşı tərəfdaşlıq əlaqələri var, birgə iş görürlər. Corc Vaşinqton Universitetinin Azərbaycanın iki universiteti ilə çox sıx əlaqələri və əməkdaşlıqları mövcuddur. Bu məsələ yalnız Azərbaycan üçün maraqlı deyil, Amerika universitetlərinə Azərbaycan təcrübəsini öyrənmək üçün də faydalıdır. Bu əməkdaşlıq yalnız təhsil almaq kimi deyil, gələcəkdə birgə tədqiqatlar, birgə əməkdaşlıqlar kimi də nəzərdə tutulur. Ümid edirəm ki, konfrans və yaratdığımız bu platforma həm Amerikada olan tələbələri, həm də azərbaycanlı, həm xarici tələbələri, Azərbaycanda olan tələbə və müəllim heyəti üçün bir yol açacaq ki, bu əməkdaşlıqları genişləndirsinlər".

Sevinc Məmmədova qeyd edir ki, konfrans akademik liderlər, tədqiqatçılar və praktiklər üçün yeni yaranan tədqiqat mövzularını araşdırmaq, praktiki alətləri bölüşmək və nəzəri çərçivələrin real dünyaya təsirinə necə təsirli şəkildə çevrilə biləcəyi ilə bağlı düşünülmüş dialoqda iştirak etmək məqsədilə bir araya gəlmək üçün dinamik platforma təqdim edir.

“Əsas məqsədimiz geniş elmi müzakirələr üçün xüsusi bir yer təmin etmək və akademiklər şəbəkəsi vasitəsilə əməkdaşlığı gücləndirməkdir. İnanırıq ki, intizamlar arası əməkdaşlığı inkişaf etdirməklə biz biliyi inkişaf etdirə, yeni fikirlər yarada və akademiyanın və innovasiyanın gələcəyinin formalaşmasına töhfə verə bilərik”.

Beləliklə də 2 gün ərzində ABŞ-nin hər yerindən olan azərbaycanlı alimlər, akademiklər, mühəndislər, həkimlər və startapların təsisçiləri öz işlərini müzakirə etmək, onların burada təcrübələrinin Azərbaycanda necə tətbiq oluna biləcəyini araşdırmaq və akademik dairələrlə vətəndə sənaye arasında əməkdaşlığın gələcəyi barədə düşünmək üçün bir araya gəliblər. Bir çox vacib və həyəcanverici mövzulara toxunulub və gələcək fəaliyyət üçün yol xəritəsi hazırlanıb.

1 /6

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.