Bütün xəbərlər
4 aprel, 11:08

Beyləqan və İmişli rayonlarında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir. 

Yarışların açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.

Tədbirdə çıxış edənlər "Şahin" hərbi-idman oyunun gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu, şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə olunmasında, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin edilməsində, “Şanlı Zəfər” tariximizin təbliğ olunması məqsədilə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu bildiriblər və yarış iştirakçılarına uğurlar arzulayıblar.

Komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması, boşaldılması, avtomatın sökülməsi, yığılması və digər mərhələlər üzrə yarışıblar. 

Beyləqan rayonu üzrə Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası I yer, Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II yerin, Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin komandası isə III yeri tutub.

İmişli rayonu üzrə Habil Hüseynov adına Qızılkənd kənd tam orta ümumtəhsil məktəbi komandası I yeri, Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II yeri, Şahin Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin komandası isə III yeri tutub.

Beyləqan rayonu Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası və İmişli rayonu Habil Hüseynov adına Qızılkənd kənd tam orta ümumtəhsil məktəbi komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində Beyləqan və İmişli rayonlarını təmsil etmək hüququ qazanıblar.

1 /6

Şərhlər

Xəbər lenti

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.