Bütün xəbərlər
16 oktyabr, 14:31

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Birləşmiş Krallıq universitetlərindən məzun olan əcnəbi tələbələr üçün nəzərdə tutulmuş “təhsildən sonrakı iş hüquqları” ilə bağlı qanunvericiliyinə mühüm dəyişiklik edib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, dəyişikliyə əsasən, 1 yanvar 2027-ci ildən xarici tələbələrə təhsillərini başa vurduqdan sonra ölkədə işləməyə icazə verən “Graduate Route” vizasının müddəti iki ildən 18 aya endiriləcək.

Dəyişiklikdən təsirlənən ilk qrup 2026-cı ilin yanvarında və ya daha sonra təhsilə başlayan beynəlxalq tələbələr olacaq. 2025-ci ilin sentyabrında bakalavr təhsilinə başlayan və magistr təhsilini 2027-ci ilin yanvarından sonra bitirəcək tələbələr də azaldılmış 18 aylıq müddətə tabe olacaqlar. Doktorantura məzunları isə əvvəlki qaydada üç il müddətinə nəzərdə tutulmuş “təhsildən sonrakı iş icazəsi”-ni almağa davam edəcəklər.

Daxili İşlər Nazirliyinin bəyanatında bu addımın “məzunların iqtisadiyyata daha səmərəli töhfə verməsini təmin etmək məqsədi daşıdığı” bildirilir. Nazirlik əlavə edib ki, “məlumatlar bir çox məzunların nəzərdə tutulduğu kimi ixtisaslı işlərə keçid etmədiyini açıq şəkildə göstərib.”

Bununla belə, təhsil sektorunun nümayəndələri və miqrasiya siyasəti üzrə ekspertlər qanunla birlikdə dərc olunan təsir qiymətləndirməsinə istinad edərək hesab edirlər ki, bu dəyişiklik Böyük Britaniyanın qlobal ali təhsil bazarındakı rəqabət qabiliyyətinə mənfi təsir göstərməklə bərabər ümumi miqrasiya səviyyəsini əhəmiyyətli dərəcədə azaltmaya bilər. Belə ki, hesabata əsasən, yeni dəyişiklik vizaya olan tələbata illik təxminən 12,000 müraciət azalması ilə “mülayim təsir” göstərəcək.

Yeni qaydalarda beynəlxalq tələbələrin təhsil müddətində yaşam xərcləri üçün kifayət qədər maliyyə vəsaitinə malik olduqlarını sübut etmələri üçün tələb olunan məbləğin də artırılması nəzərdə tutulur. 11 noyabr 2025-ci ildən etibarən əcnəbi tələbələrin bank hesabında tələb edilən məbləğ London üçün ayda £1,529, Londondan kənarda isə ayda £1,171 olacaq. Tələbənin artıq yaşayış yerinə görə ödədiyi məbləği nəzərə alaraq ümumi tələb olunan vəsaitin azaldılmasına imkan verən maksimum yaşayış kompensasiyası da £1,529-a qaldırılıb.

“Yüksək ixtisaslı” istedadları cəlb etmək üçün yeni tədbirlər

Bundan əlavə, Böyük Britaniya hökuməti özünü yüksək ixtisaslı kadrlar üçün cəlbedici mərkəz kimi mövqeləndirmək məqsədilə High Potential Individual (HPI) Route proqramına kvota tətbiq edəcək. Dünyanın ilk 100 universitetindən məzun olan şəxslərə Britaniyada işləməyə imkan verən bu proqrama illik müraciət sayı 8,000 ilə məhdudlaşdırılacaq, eyni zamanda proqrama qəbul sayı 2,000-dən 4,000-ə qədər artırılacaq.

Əlavə olaraq, innovasiya və sahibkarlığı təşviq etmək məqsədilə, Britaniyada ali təhsilini başa vuran tələbə vizası sahibləri artıq “Innovator Founder” proqramı vasitəsilə ölkədə qalaraq biznes qura biləcəklər. Bu yeni proqram 25 noyabr 2025-ci ildən qüvvəyə minəcək və mövcud “Start-up Visa” proqramını əvəz edəcək.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.