Bütün xəbərlər
4 iyul, 15:02

Bu ildən etibarən Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom proqramının icrasına start verilir. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, proqram Kimya, Kompüter və Mexanika mühəndislikləri ixtisasları üzrə həyata keçiriləcək.

İki ali təhsil müəssisəsi arasında bu ilin aprel və iyun aylarında imzalanan, 2+2 modelinə əsaslanan sənədlərə müvafiq olaraq  BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini PKTU-da davam etdirəcəklər. ÜÖMG-si 80-dən yuxarı olan tələbələr universitetin təhsil xərcindən azad olunurlar.

BMU-PKTU ikili diplom proqramı tələbələrə bir sıra strateji və praktik üstünlüklər vəd edir. Onlar beynəlxalq səviyyəli təhsilə çıxış imkanı qazanır, fərqli tədris metodikaları, qabaqcıl texnologiyalar və praktiki laboratoriya imkanları ilə tanış olmaqla yanaşı, real sənaye yönümlü biliklər öyrənmək fürsəti əldə edirlər. Eyni zamanda proqram çərçivəsində birgə elmi layihələrdə və texnoloji startap fəaliyyətlərində iştirakları təmin olunur, tədrisin ingilis dilində aparılması sayəsində xarici dil bacarıqları təkmilləşir, habelə Çin mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaranır. Təhsillərinin sonunda tələbələr həm BMU, həm də PKTU-nun bakalavr diplomunu əldə edirlər.

Nəticə etibarilə ikili diplom proqramı məzunların beynəlxalq əmək bazarında tanınmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə, eləcə də qlobal karyera imkanlarının genişlənməsinə xidmət edəcək. Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramı, həmçinin iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.

Qeyd edək ki, PKTU Çində, eləcə də dünyada öncül mövqeyə malik universitetlərdən biridir. 1958-ci ildə yaradılan bu ali məktəbin 2700 nəfərdən ibarət professor-müəllim heyəti və 28670 tələbəsi var. 17 kollec və məktəbi olan universitet üç əsas böyük kampusda yerləşir. 170 ölkənin 63 universiteti ilə əməkdaşlıq edən PKTU-da ingilis dilində təhsil almaq imkanları genişdir və təhsilin bütün səviyyələrində proqramlar icra olunur.

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.