Bütün xəbərlər
25 aprel, 14:39

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi", Türkiyənin "Bilişim Vadisi" və "SAHA Robotics" şirkəti ilə birgə keçirilən "RoboCode" robotik kodlama düşərgəsi uğurla yekunlaşıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bir ay davam edən düşərgəyə ümumilikdə 321 nəfər müraciət edib. Kriteriyalara uyğun olaraq, seçilmiş 70 iştirakçı onlayn və fiziki formatda təşkil olunan intensiv təlimlərdə iştirak edib. Təlim proqramına "ROS-un əsasları", "Robotların simulyasiyası", "Robot hərəkət sistemləri" və digər qabaqcıl texnoloji mövzular daxil olub.

Düşərgə iştirakçılarına ROS2 və Gazebo kimi qabaqcıl texnologiyalar üzrə yeni biliklər qazanmaq, yerli və xarici peşəkarlarla tanış olaraq əlaqə imkanları əldə etmək, texnoloji yeniliklərin bir parçası olmaq və bu sahədə biliklər toplamaq imkanı yaradılıb. 

Qeyd edək ki, bu düşərgə 2023-cü ildə "İnnovasiyalar Mərkəzi" ilə "Bilişim Vadisi Bakı" arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Azərbaycanda ikinci dəfədir təşkil olunur. Layihənin əsas məqsədi gənclərin avtonom sistemlər, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışını asanlaşdırmaq, onları "ROS" (Robot Operating System) ekosistemi ilə tanış etmək və bu sahədə karyera imkanlarını dəstəkləməkdir.

 Düşərgədə BMU-İNHA İDP tələbələri uğurla iştirak ediblər. Onlar arasında Elektronika mühəndisliyi ixtisası üzrə 2-ci kurs tələbəsi Hakim Musazadə, İnformasiya Texnologiyaları ixtisası üzrə 3-cü kurs tələbələri Fatimə Səlimzadə və Səma Balıyeva yer alıblar.

1 /3

Şərhlər

Xəbər lenti

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

17 iyul, 10:27

Növrəslilər nəslinin uğurlu davamçısı: Kiçik Nailənin böyük səhnəsi

17 iyul, 09:49

AzTU-da “Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” adlı seminar keçirilib

17 iyul, 09:39

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

17 iyul, 09:35

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

17 iyul, 09:34

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.