
Bakı Slavyan Universiteti (BSU) ilk dəfə olaraq iştirak etdiyi “Round University Ranking” (RUR) 2025 beynəlxalq reytinq cədvəlində dünya üzrə 1098 və Azərbaycan universitetləri üzrə isə 6-cı sırada yer alıb.
Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.
RUR reytinq sistemi universitetlərin fəaliyyətini 20 indikator və 4 əsas sahə üzrə qiymətləndirir: tədris(40%), tədqiqat (40%), beynəlxalq müxtəliflik (10%) və maliyyə dayanıqlığı (10%).
BSU-nun bu uğuru “Clarivate Analytics” şirkətinin “Global İnstutional Profiles Project” platformasında və “Web of Science Core Collection” bazasındakı fəal bibliometrik göstəricilərinə əsaslanır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər