
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Bakı Dövlət Universitetində keçirilən III Respublika Olimpiadasında uğurlu nəticə göstəriblər.
Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan məlumat verilib.
Bildirilib ki, Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat, Kimya, Biologiya və Coğrafiya fənləri üzrə Respublika Olimpiadası keçirilib.
Olimpiadanın əsas məqsədi bu sahələr üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasının keyfiyyətini yüksəltmək, istedadlı tələbələri üzə çıxarmaq və onları elmi fəaliyyətə cəlb etməkdir.
Bu yarışda AzMİU-nu ümumilikdə 11 tələbə təmsil edib – 8 nəfər Fizika fənni, 3 nəfər isə Riyaziyyat fənni üzrə olimpiadada biliklərini sınayıb. Tələbələrdən ikisi — Mexanika və informasiya texnologiyaları fakültəsinin 844i qrup tələbəsi Rəşid Abbasov (Riyaziyyat fənni üzrə) və İnşaat fakültəsinin 204a5 qrup tələbəsi Səma Qarayeva (Fizika fənni üzrə) həvəsləndirici sertifikatlara layiq görülüblər.
Qeyd edək ki, Rəşid Abbasov bundan əvvəl AzMİU Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Universitetin 50 illik yubileyinə həsr olunmuş Riyaziyyat olimpiadasında birinci yerə layiq görülərək diplom və pul mükafatı ilə təltif olunub.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər