
Paytaxt məktəblərində “Erkən evlilik və qohum evliliklərinin fəsadları” mövzusunda görüşlər keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 187, 114, 179, 288, 185, 180 nömrəli tam orta məktəblərdə və “Tərəqqi” texniki-humanitar liseyində keçirilən görüşlərdə 900 şagird iştirak edib.
Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və “Ailəm könüllüləri” proqramının iştirakçıları tərəfindən erkən nikah və qohum nikahları, müvafiq problemlərin səbəbləri, fəsadları, bu məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları, bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.
Həmçinin görüşlərdə mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Görüşlərdə “Çinartək qollarına sığındığımız böyük ailəmiz”, “Erkən nikaha son”, “Genofondumuzu qoruyaq” adlı sosial çarxlar nümayiş etdirilib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər