Bütün xəbərlər
5 iyun, 17:13

Ətrafda imtahan sakitliyi hökm sürür. Hər kəs gözləyir. İlk andan imtahanın başlayıb-başlamadığını müəyyənləşdirmək mümkün olmur. Səssizliyi pozmamağa çalışaraq pıçıltı ilə soruşduğumuz “İmtahan başlayıb?” sualına “İndi başlayacaq” cavabını aldıq. Fürsət bu fürsət deyib üzündə imtahan həyəcanı hiss edilən məktəbliyə yaxınlaşırıq:

Ayla Abdıyeva final mərhələsinin iştirakçılarındandır. Onun sözlərinə görə, finala çıxacağını düşünmürmüş. Bəs o nəyi yaxşi bacarıb ki, finala qədər gəlib? Şagirdin fikrincə, uğurunun səbəbi sualları axıra qədər oxuyub anladıqdan sonra cavablandırmasıdir: "Suallar mənə maraqlı gəlirdi. Əylənirdim işləyəndə. Sualları diqqətlə oxuyub səbirlə cavablandırdım".
Bəs finalda necə olacaq? "Yəqin yaxşı olar. Sualları hələ bilmirəm deyə bir şey deyə bilmərəm", - deyə cavablandırır.

Qaydalar, xəbərdarlıqlar…

Bu gün Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “BilBacar” müsabiqəsinin final mərhələsi keçirildi. Bakı şəhər 70 nömrəli məktəbdə təşkil edilən bu mərhələyə “Azərbaycan müəllimi” də qatıldı. Təhsil müəssisəsində Bakı məktəblərində təhsil alan 89 şagird imtahan verdi.
Məlumat üçün qeyd edək ki, 2024-cu ilin oktyabr ayından start verilən müsabiqədə respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsinin VIII, IX və X siniflərində oxuyan 170 000-ə yaxın şagirdi iştirak edib.

Müsabiqə şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etmək məqsədi ilə keçirilir.

Əvvəlcə şagirdlərə imtahanla bağlı ümumi qaydalar izah olundu, müvafiq xəbərdarlıqlar edildi. Məsələn, bildirildi ki, hər şagirdin şəxsiyyət vəsiqəsi masasının üzərində olmalıdır. Başqasının hesab məlumatlarından istifadə edənlər imtahandan xaric ediləcəklər.  

İmtahanda səsli oxumamalı, zalda müzakirə aparılmamalı, sakitlik tam qorunmalıdır. İmtahan suallarını vaxtından əvvəl bitirən şagirdlər başqalarına əngəl olarsa, imtahandan xaric ediləcəklər. Bundan başqa, köçürməyə cəhd edən şagird də imtahandan kənarlaşdırılacaq.

Şagirdlərə o da bildirilib ki, imtahan müddətində baş verən, amma nəzarətçilərin aradan qaldırmaq üçün tədbir görmədiyi problemlə bağlı şagirdlər “BilBacar”ın rəsmi elektron ünvanına yaza bilərlər.

İmtahan başladı. Artıq vaxt imtahan üçün ayrılan 150 dəqiqədən gedir. Qarşısında 60 sual, ürəyində imtahan həyəcanı olan 89 şagird qarşısındakı kompüterlərə diqqət kəsilir.

“Anam etiraf etdi ki, yaxşı ki qatılmışam”

1 saat sonra məktəblilər bir-bir imtahan zalını tərk etməyə başlayırlar. İlk çıxanlar verdiyi cavablardan danışmağa həvəsli deyillər. Nəhayət, bir ürəkli oğlan çıxır. O, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir. Adı Əhməd Xalıqzadədir: 

“Düşünürəm ki, final mərhələsi bəzi şagirdlərə çətin, bəzilərinə asan gələ bilər. Mənim üçün nə çox çətin, nə də elə asan olmadı. Çətin sullar vardı. 60 sualın hamısına cavab verdim. Məntiqlə cavabladıqlarım da oldu, doğruluğuna əmin olduqlarım da”.

Aysun Məmmədova da akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir: “Təhsil aldığım liseydən finalda iştirak haqqı qazanan 6 şagirddən biri mənəm. 60 sualın hamısına cavab verdim, azı 50 cavabımın doğru olduğuna inanıram. Qaliblərdən birinin mən olacağıma ümid edirəm”

Ayxan Xanəhmədli Sabir Abbasov adına 117 nömrəli tam orta məktəbin IX sinif şagirdidir.  İnformatika, riyaziyyat, fizika fənlərinə daha çox maraq göstərdiyini deyir. “BilBacar” layihəsində də həvəslə iştirak edib: “Əvvəllər oxuyub-anlama sulları çətin gəlirdi, amma sonradan maraqlı oldu. Ümumiyyətlə, dərs materiallarından fərqli olduğu üçün suallar maraqlı gəlirdi”.

Ayxanın fikrincə, daha çox təbiət fənlərindən qazandığı bilik “BilBacar”ın suallarını cavablandırmaqda faydalı olub: “Coğrafiya, kimyadan qazandığım biliyin çox köməyi oldu. 60 sualın hamısına cavab verdim. Əksəriyyətinin doğru olduğunu düşünürəm və qaliblərindən birinin mən olacağıma inamıram”.

Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbin şagirdi Fidan Məmmədzadə deyir ki, belə bir müsabiqə barədə xəbərsiz olub: 

“Müəllimlərimiz mütəmadi bizə müsabiqə barədə məlumat verir, iştirakımızı tövsiyə edirdilər. Mən də maraq göstərdim. Anam qatıldığımı öyrənəndə bu qərarıma görə məni qınayırdı. 2-3 gün əvvəl müəllimim finala keçdiyimi dedi. Bunu eşidəndə anam etiraf etdi ki, yaxşı ki qatılmışam”.

Fidan da bütün sualları cavablandırıb: “Doğru bildiyim üçün cavablandırdım”.  

Xatıqladaq ki, “BilBacar” müsabiqəsinin finalında hər sinif üzrə 150 nəfər olmaqla, ümumilikdə 450 şagird iştirak edib.

Fotolar: Kənan Qafarov

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.