
Bir neçə gün öncə minifutbol üzrə dünya çempionatında Azərbaycan milli komandasının möhtəşəm qələbəsində paytaxt məktəbinin müəllimi Rəvan Kərimovun da payı var.
“Azərbaycan müəllimi” xəbər verir ki, paytaxtdakı 101 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Rəvan Kərimov minifutbol üzrə Azərbaycan milli komandasının üzvüdür.
Dünya çempionatının final qarşılaşmasında 4-cü topu rəqib qapısından keçirən məhz Rəvan müəllim olub. Bu böyük qələbədən sonra məktəbin pedaqoji kollektivi və şagirdlər tərəfindən R.Kərimov böyük coşqu ilə qarşılanıb.
21 may - 1 iyun 2025-ci il tarixlərində Bakıda keçirilən kişi milli minifutbol komandalarının dünya çempionatının (WMF Dünya Kuboku) final matçında Azərbaycan Macarıstanı 4:2 hesabı ilə məğlub edərək ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər