Bütün xəbərlər
5 iyun, 17:32

"Uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Onların təhsili, inkişafı və rifahı ölkəmizin sabahı deməkdir. Məhz bu səbəblə, Azərbaycan dövləti, o cümlədən Elm və Təhsil Nazirliyi uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və sağlam mühitdə böyüməsi üçün ardıcıl və sistemli fəaliyyəti həyata keçirir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova "Regional İnkişaf" İctimai Birliyinin "Hüququnla Parla!" layihəsinin hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, uşaqların təhsil almaq hüququ dövlətimiz tərəfindən ən yüksək səviyyədə tanınır və qorunur.

"Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır və ümumi orta təhsil icbaridir. "Təhsil haqqında" Qanun bu hüququ daha da genişləndirərək, uşaqların təhsildə bərabər imkanlara malik olmasını və təhsil hüququnun qorunması ilə bağlı hüquqi mexanizmlərin fəaliyyətini təmin edir. Bu sənədlər fəaliyyətimizin hüquqi əsasını təşkil edir və biz bu öhdəlikləri daim rəhbər tutaraq, hər bir uşağın savadlı, yaradıcı və azad düşüncəli vətəndaş kimi yetişməsi üçün icbari təhsillə yanaşı, müxtəlif layihələr və proqramlar həyata keçiririk".

Ayla Həsənova-Məmmədova onu da qeyd edib ki, bu gün Azərbaycan məktəblərində 1 miyon 700 mindən artıq uşaq müasir tədris mühitində təhsil alır, innovativ texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını artırır:

"Biz inanırıq ki, hər bir uşağın təhsil hüququ qorunmalı və hər bir uşaq öz potensialını tam şəkildə reallaşdıra bilməlidir. Qeyd edilənlərin təmin edilməsi məqsədilə ucqar bölgələrdə və kəndlərdə mütəmadi məktəblərin tikintisi və təmiri işləri aparılır. Eləcə də həssas qrupları təmsil edən uşaqlar üçün xüsusi tipli təhsil müəssisələri fəaliyyət göstərir və inklüziv təhsil sinifləri və proqramları təşkil edilir. Məktəblərdə uşaqların emosional və sosial inkişafının dəstəklənməsi üçün məktəb psixoloqlarının fəaliyyəti ilə yanaşı, xüsusi dəstək xidmətləri təşkil edilir".

Nazirlik rəsmisi əlavə edib ki, uşaqların hərtərəfli inkişafı məqsədilə yaradıcı layihələr və müsabiqələr həyata keçirilir, bunlardan STEAM, Rəqəmsal Bacarıqlar layihəsi eləcə də məktəbdənkənar təhsil proqramlarını qeyd etmək olar:

"Bu gün övladlarımızın oxumağı, öyrənməyi, yaratmağı üçün bütün imkanlar mövcuddur. Onlar tək deyil. Onları sevən müəllimlər, dövlət və cəmiyyət var. Uşaqlarımıza düşən isə böyük xəyallar qurmaq, bilik qazanmaq və dürüst insan olmaqdır.

Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, “Uşaqlar bizim gələcəyimizdir – bu, sadəcə bir ifadə deyil, bu, bizim bugünkü öhdəliyimiz, məsuliyyətimiz və ən böyük ümidimizdir. Çünki hər bir uşağın içində böyüyəcək bir vətəndaş, formalaşacaq bir şəxsiyyət, dəyişəcək bir dünya var”, - deyə o qeyd edib.

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.