Bütün xəbərlər
5 iyun, 17:40

Qarabağ Universitetində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Ürəyinizi qoruyun” layihəsi çərçivəsində maarifləndirmə aksiyası keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən ETKİ-nin direktoru professor Gülnaz Dadaşova iştirakçıları salamlayaraq müasir dövrdə sağlam həyat tərzinin təbliği və ürək xəstəliklərinin artması baxımından layihənin əhəmiyyətindən danışıb.

Tədbirdə “Ürəyinizi qoruyun” adlı layihə çərçivəsində ürək-damar xəstəliklərinə qarşı mübarizə aparmaq məqsədilə tələbələr üçün sağlam həyat tərzi və zərərli vərdişlərdən qorunma haqqında videoçarxlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb və aparıcı mütəxəssislər tərəfindən “Sağlam genofonda addım ataq” mövsuzunda mühazirələr oxunub.

Qeyd edək ki, aksiya çərçivəsində ETKİ tərəfindən həyata keçirilən “Tələbə ürək sağlığı” layihəsi çərçivəsində iştirakçılar ilkin müayinələrə (boy, çəki, təzyiq və nəbzin ölçülməsi) dəvət edilib, onlara ürək-damar xəstəliklərinin əsas risk amilləri barədə məlumat verilib.

Xatırladaq ki, aksiya Qarabağ Universitetində ikinci dəfə keçirilib.

1 /9

Şərhlər

Xəbər lenti

18 avqust, 15:55

MDU-da Gənclər Forumu keçirilib

18 avqust, 15:46

Nazirlikdən "Məktəb avtobusları" ilə bağlı AÇIQLAMA

18 avqust, 15:27

18 sahə üzrə 52 nəfərə elmlər doktoru dərəcəsi verilib

18 avqust, 15:25

Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək

18 avqust, 15:07

KAIST alimləri RNA vasitəsilə yaşlanmanı ləngidən mexanizmi aşkar ediblər

18 avqust, 14:33

Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb – ARAŞDIRMA

18 avqust, 14:17

Vuhan Universitetində işıq texnologiyaları üzrə yeni elmi nailiyyət

18 avqust, 14:13

Kollecdən ali təhsilə açılan qapı: Təhsildə “subbakalavr” dövrü

18 avqust, 13:44

"Müəllimlər hazırlıqlı olanda məktəblər inkişaf edir, şagird nailiyyətləri artır" – Andreas Şleyxer

18 avqust, 13:01

Sabahın hava proqnozu açıqlanıb

18 avqust, 12:42

Xarici məktəblərdə süni intellekt inqilabı

18 avqust, 12:40

Süni intellekt saxta məqalələr yazır – koreyalı professor 

18 avqust, 12:24

Lənkəran-Astara regionunda 7 yeni məktəb binası tikilir 

18 avqust, 12:21

Məktəb rəhbərlərinin rolu rəqəmsal təhsildə getdikcə daha vacib olur – UNESCO hesabatı

18 avqust, 12:03

"Yenilənən məktəblər": Zaqatala rayonu O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbi – FOTOLAR

18 avqust, 11:29

DP çərçivəsində doktorantura təhsili alanların üstünlük verdiyi ixtisaslar – SİYAHI

18 avqust, 11:15

Region universitetlərində təhsilə təqaüdlə dəstək: Tələbələrə necə motivasiya verilir?

18 avqust, 10:29

Ali təhsil müəssisələrinə ixtisas seçimi yekunlaşır

18 avqust, 10:06

EATDA və “Elsevier” şirkətinin nümayəndələri arasında görüş keçirilib

18 avqust, 10:05

Daha 3 RFO qalibi Qarabağ Universitetində təhsil alacaq 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.