Bütün xəbərlər
18 avqust, 14:33

Son illər ali təhsildə aparılan islahatlar pedaqoji ixtisaslara qəbul planında da özünü göstərir. Bu ildən etibarən bir sıra universitetlərdə müəllimlik ixtisaslarının plan yerləri azaldılıb, bəzi ixtisaslar isə tamamilə ləğv edilib. Aparılan dəyişikliklər təhsil sistemində kadr siyasətinin yenidən qurulmasına işarədir.

"Azərbaycan müəllimi" "Abituriyent 4" jurnalının ötənilki və builki nəşrlərini təhlil edərək müxtəlif ali təhsil müəssisələrində pedaqoji ixtisasların plan yerlərinin necə dəyişdiyini araşdırıb.

Bakı Dövlət Universitetində I, II və V ixtisas qrupları üzrə pedaqoji ixtisasların plan yerlərində dəyişiklik edilməyib. Lakin III ixtisas qrupu üzrə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”ndə plan yeri 40, “Tarix müəllimliyi”ndə 30 vahid azaldılıb, yeni yaradılan “Tarix müəllimliyi (tədris ingilis)” dilində ixtisası üçün isə 25 plan yeri ayrılıb.

Bakı Dövlət Universitetinin Qazax filialında ötən il 25 plan yeri olan “İbtidai sinif müəllimliyi”, hər birində 30 plan yeri olan “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Tarix müəllimliyi” ixtisaslarına qəbul bu il dayandırılıb. Yəni III qrup üzrə Qazax filialının müəllimlik ixtisalarında 85 plan yeri ləğv edilib.

IV ixtisas qrupu üzrə “Biologiya müəllimliyi”ndə 20 plan yeri azaldılıb, Qazax filialının “Kimya və biologiya müəllimliyi”ndə plan yeri 10 vahid artırılıb.

Ümumilikdə, Bakı Dövlət Universitetinin özündə müəllimlik ixtisasları üzrə 65, Qazax filialında isə 75 plan yeri azalıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Fizika müəllimliyi”, “İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi”, “Texnologiya müəllimliyi” ixtisaslarının hər birində plan yeri 10 vahid azaldılıb. 

“Fizika müəllimliyi” və “İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi (tədris ingilis dilində)” ixtisaslarının hər birində isə plan yerlərinin sayı 10 vahid artırılıb. 
Ümumilikdə, I ixtisas qrupu üzrə ADPU-da müəllimlik ixtisaslarının plan yerlərinin sayı 30 vahid azalıb. 

ADPU-nun filiallarına gəlincə, Şamaxı filialında “Fizika müəllimliyi” və “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisaslarının hər birində plan yeri 5 vahid, Şəki filialında “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar)” müəllimliyi ixtisasının plan yeri 10 vahid, Ağcabədi filialında “Riyaziyyat müəllimliyi”nin plan yeri 5, Quba filialında “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisasının plan yeri 5 vahid aşağı salınıb. 

Beləliklə, ADPU-nun filiallarında da I qrup üzrə plan yerləri 30 vahid azalıb.

II qrup üzrə sadəcə ADPU-nun Cəlilabad filialında “Tarix və coğrafiya müəllimliyi” ixtisasının plan yeri 10 vahid azaldılıb.

III ixtisas qrupu üzrə ADPU-da “Azərbaycan dili və ədəbiyyatı” ixtisasında plan yeri 20, “İbtidai sinif müəllimliyi”ndə 50, “Məktəbəqədər təhsil”də 30, “Tarix müəllimliyi”ndə 25 vahid azaldılıb. “Dil və ədəbiyyat müəllimliyi (türk dili və ədəbiyyatı üzrə)” ixtisasında isə plan yeri 5, “Xüsusi pedaqogika”da (əvvəlki adı “Korreksiyaedici təlim”) 10, “İbtidai sinif müəllimliyi (tədris ingilis dilində)” ixtisasında 20 vahid artırılıb. Həmçinin 15 plan yeri olan “Məktəbəqədər təhsil” (tədris ingilis dilində) adlı yeni ixtisas yaradılıb.

Ümumilikdə, III qrup üzrə universitetin özündə pedaqoji ixtisalarda plan yerləri 75 vahid azalıb.

Şəki filialında “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının plan yeri 10, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasında 15, “Təhsildə sosial-pedaqoji xidmət” ixtisasında isə 10 vahid azaldılıb. Ağcabədi filialında “Azərbaycan dili və ədəbiyyatı” və “Tarix müəllimliyi” ixtisaslarının hər birində plan yeri 15, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının 5, “Təhsildə sosial-psixoloji xidmət”in plan yeri 10 vahid azalıb.

Cəlilabad filialında “Azərbaycan dili və ədəbiyyatı” və “İbtidai sinif müəllimliyi” ixtisaslarının plan yerləri hər biri üzrə 10 vahid azalıb. Qubada isə “Azərbaycan dili və ədəbiyyatı” ixtisasının plan yeri 10, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının plan yeri isə 5 vahid aşağı salınıb. 

Universitetin Şamaxı, Ağcabədi və Quba filiallarında “İbtidai sinif müəllimliyi” (ümumi plan yeri 90), Şəki filialında isə “Xarici dil müəllimliyi (fransız dili üzrə)” (plan yeri 15) ixtisasları ləğv edilib. 

ADPU-nun Şamaxı filialının “Təhsildə sosial-pedaqoji xidmət” ixtisasında plan yeri 5, Cəlilabad filialının eyniadlı ixtisasında 10, Quba filialında isə 5 vahid artsa da, filiallarda ümumilikdə 195 plan yeri azalıb.

Ümumilikdə, ADPU-nun özündə 105, filiallarda isə 235 plan yerinin azaldığı görünür.

Naxçıvan Dövlət Universiteti I ixtisas qrupu üzrə “Fizika müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarının hər birində plan yeri 5 vahid, ümumilikdə 10 plan yeri azalıb.

II, III və IV ixtisas qrupları üzrə qəbul aparılan pedaqoji ixtisasların plan yerlərində dəyişiklik olmayıb, V ixtisas qrupu üzrə qəbul aparılan “Musiqi müəllimliyi” ixtisasının plan yeri isə 5 vahid aşağı salınıb. 

NDU-nun müəllimlik ixtisalarının plan yerlərində 15 vahid azalma var.

Naxçıvan Müəllimlər İnstitutunda I ixtisas qrupu üzrə qəbul aparılan “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisasında plan yeri 5 vahid azaldılıb. Ötən il 20 plan yeri olan “Riyaziyyat müəllimliyi” ixtisası isə ləğv edilib.

III ixtisas qrupu üzrə “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının plan yeri 10 vahid azaldılıb, “Xüsusi pedaqogika”nın (əvvəlki adı “Korreksiyaedici təlim”) plan yeri 5, “Təhsildə sosial-psixoloji xidmət”in plan yeri isə 10 vahid artıb. Ötən il plan yeri 100 olan “İbtidai sinif müəllimliyi” ixtisası ləğv edilib. 
V ixtisas qrupu üzrə “Təsviri incəsənət müəllimliyi” ixtisasında plan yeri 5 vahid artırılıb. 

Ümumilikdə, Naxçıvan Müəllimlər İnstitutunda ötən illə müqayisədə plan yerlərinin sayı 130 vahid azalıb.

Gəncə Dövlət Universitetində I ixtisas qrupu üzrə plan yerlərinin sayı “Fizika müəllimliyi”də 20, “Riyaziyyat müəllimliyi”ndə 10, “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi”ndə 10, “Texnologiya müəllimliyi”ndə isə 15 vahid olmaqla ümumilikdə 55 vahid azaldılıb.

II ixtisas qrupu üzrə “Tarix və coğrafiya müəllimliyi” ixtisasının plan yeri 30 vahid, III ixtisas qrupu üzrə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”nin 45, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının 20, “Tarix müəllimliyi”nin isə 25 vahid azaldılıb.

Həmçinin ötən il III qrup üzrə qəbul aparılmış 60 plan yeri olan “İbtidai sinif müəllimliyi” ixtisası ləğv olunub.

IV ixtisas qrupu üzrə “Biologiya müəllimliyi”nin plan yeri 5 vahid azalıb,  ötən il qəbul aparılmış 15 plan yeri olan “Kimya və biologiya müəllimliyi” (tədris ingilis dilində) ixtisası ləğv olunub. V ixtisas qrupu üzrə isə pedaqoji ixtisaların plan yerində dəyişiklik olmayıb.

GDU-nun müəllimlik ixtisaslarının plan yerlərində 255 vahid azalma var.

Sumqayıt Dövlət Universitetində I ixtisas qrupu üzrə qəbul aparılan “İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisasında plan yeri 5 vahid azaldılsa da, “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi” ixtisasında 10, “Riyaziyyat müəllimliyi” (tədris ingilis dilində) ixtisasında isə 5 vahid artırılıb.

II ixtisas qrupu üzrə “Tarix və coğrafiya müəllimliyi”nin, III ixtisas qrupu üzrə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Tarix müəllimliyi” ixtisaslarının hər birində plan yeri 10 vahid azaldılıb, “Xüsusi pedaqogika”da (Əvvəlki adı “Korreksiyaedici təlim”) 10 vahid artırılıb. IV ixtisas qrupu üzrə “Kimya müəllimliyi” və “Kimya müəllimliyi (tədris ingilis dilində)” ixtisaslarının hər birində plan yeri 5 vahid azalıb, “Kimya və biologiya müəllimliyi”ndə isə 10 vahid artıb. 

Ümumilikdə, SDU-da müəllimlik ixtisalarının plan yerlərində 10 vahid azalma olub.

Mingəçevir Dövlət Universitetində I ixtisas qrupu üzrə “Fizika müəllimliyi”nin plan yeri 10 vahid azalıb. III ixtisas qrupu üzrə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”ndə 20, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”də 5, “Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı üzrə)”də 5, "Tarix müəllimliyi”də 5, “Məktəbəqədər təhsil”də 5, “İbtidai sinif müəllimliyi”ndə 10 vahid azalma olub, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının plan yeri isə 5 vahid artırılıb.

IV ixtisas qrupu üzrə ötən il 20 plan yeri olan “Kimya müəllimliyi” ixtisası ləğv edilib. 

MDU-nun müəllimlik ixtisaslarının plan yerlərində 75 vahid azalma qeydə alınıb.

Lənkəran Dövlət Universitetində I ixtisas qrupu üzrə “Fizika müəllimliyi”ndə plan yeri 30, “Texnologiya müəllimliyi”ndə isə 10 vahid azaldılıb. II ixtisas qrupu üzrə plan yerləri dəyişməyib. III ixtisas qrupu üzrə “İbtidai sinif müəllimliyi” ixtisası ləğv edildiyi üçün plan yerlərinin sayı 40 vahid azalıb. IV ixtisas qrupu üzrə ötən il hər birində 30 plan yeri olan “Kimya müəllimliyi” və “Biologiya müəllimliyi” ixtisasları ləğv olunub. Ümumilikdə plan yeri 60 vahid azalıb. V ixtisas qrupu üzrə “Musiqi müəllimliyi” ixtisasının plan yeri 5 vahid azaldılıb.

Ümumilikdə Lənkəran Dövlət Universitetinin müəllimlik ixtisaslarının plan yerləri 145 vahid azalıb.

Xəzər Universitetində I ixtisas qrupu üzrə “Fizika müəllimliyi”ndə plan yeri 5, “Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi”ndə isə 20 vahid, II ixtisas qrupu üzrə “Tarix və coğrafiya müəllimliyi”nin plan yeri 5 vahid artırılıb.

III ixtisas qrupu üzrə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Tarix müəllimliyi” və “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisaslarının hər birində plan yeri 10 vahid, “İbtidai sinif müəllimliyi (tədris ingilis dilində) ixtisasında isə 20 vahid azaldılıb. Ümumilikdə 60 plan yeri azalıb.
IV ixtisas qrupu üzrə “Kimya və biologiya müəllimliyi” ixtisasının plan yeri 20 vahid artırılıb, ötən il 15 plan yeri olan “Kimya müəllimi” ixtisası ləğv edilib.
V ixtisas qrupu üzrə “Təsviri incəsənət müəllimliyi” ixtisasının plan yeri 15 vahid artırılıb.

Xəzər Universitetində ümumilikdə müəllimlik ixtisalarının plan yeri 10 vahid azalıb.

Bakı Qızlar Universitetində II ixtisas qrupu üzrə “Coğrafiya müəllimliyi”nin plan yeri 20, III ixtisas qrupu üzrə "Tarix müəllimliyi”nin plan yeri 10 vahid azaldılıb, "Təhsildə sosial-psixoloji xidmət”in plan yeri isə 10 vahid artırılıb. Ötən il 40 plan yeri olan “İbtidai sinif müəllimliyi” ixtisası ləğv olunub.

Deməli, ümumi plan yerləri 60 vahid azalıb. 

Odlar Yurdu Universitetində III ixtisas qrupu üzrə qəbul aparılan “Məktəbəqədər təhsil” ixtisasının plan yeri ötən illə müqayisədə 10 vahid azdır.

Azərbaycan Dillər Universitetində III ixtisas qrupu üzrə “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasının plan yeri 40 vahid azaldılıb, “Xüsusi pedaqogika”da (Əvvəlki adı “Korreksiyaedici təlim”) isə 25 vahid artırılıb. Azərbaycan Dillər Universitetində “İbtidai sinif müəllimliyi (tədris ingilis dilində)” ixtisası (plan yeri 20) ləğv edilib. Ümumilikdə ADU-da III qrup üzrə müəllimlik ixtisaslarında plan yerlərinin sayı 35 vahid azalıb.

Bakı Slavyan Universitetində III ixtisas qrupu üzrə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında plan yeri 20, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasında 10, “Xarici dil müəllimliyi (alman dili üzrə)” ixtisasında 15, “Xüsusi pedaqogika”da (əvvəlki adı “Korreksiyaedici təlim”) 15, “İbtidai sinif müəllimliyi”ndə 20, “Məktəbəqədər təhsil”də 10 vahid aşağı salınıb. 

Ümumilikdə müəllimlik sahəsində ixtisaslarda plan yerlərinin sayı 90 vahid azalıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində V ixtisas qrupu üzrə qəbul aparılan “Təsviri incəsənət müəllimliyi” ixtisasının plan yeri 10 vahid azaldılıb.

Qeyd edək ki, ümumilikdə pedaqoji və müəllimlik ixtisaslarının builki plan yerləri təxminən 1300 vahid azalıb və bu, müəllim kadrlarına olan tələbatın yenidən qiymətləndirilməsi və təhsilin keyfiyyətinə fokuslanma ilə izah oluna bilər.

Çingiz Səfərli
Mərziyyə Kazımzadə

Şərhlər

Xəbər lenti

18 avqust, 15:46

Nazirlikdən "Məktəb avtobusları" ilə bağlı AÇIQLAMA

18 avqust, 15:27

18 sahə üzrə 52 nəfərə elmlər doktoru dərəcəsi verilib

18 avqust, 15:25

Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək

18 avqust, 15:07

KAIST alimləri RNA vasitəsilə yaşlanmanı ləngidən mexanizmi aşkar ediblər

18 avqust, 14:17

Vuhan Universitetində işıq texnologiyaları üzrə yeni elmi nailiyyət

18 avqust, 14:13

Kollecdən ali təhsilə açılan qapı: Təhsildə “subbakalavr” dövrü

18 avqust, 13:44

"Müəllimlər hazırlıqlı olanda məktəblər inkişaf edir, şagird nailiyyətləri artır" – Andreas Şleyxer

18 avqust, 13:01

Sabahın hava proqnozu açıqlanıb

18 avqust, 12:42

Xarici məktəblərdə süni intellekt inqilabı

18 avqust, 12:40

Süni intellekt saxta məqalələr yazır – koreyalı professor 

18 avqust, 12:24

Lənkəran-Astara regionunda 7 yeni məktəb binası tikilir 

18 avqust, 12:21

Məktəb rəhbərlərinin rolu rəqəmsal təhsildə getdikcə daha vacib olur – UNESCO hesabatı

18 avqust, 12:03

"Yenilənən məktəblər": Zaqatala rayonu O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbi – FOTOLAR

18 avqust, 11:29

DP çərçivəsində doktorantura təhsili alanların üstünlük verdiyi ixtisaslar – SİYAHI

18 avqust, 11:15

Region universitetlərində təhsilə təqaüdlə dəstək: Tələbələrə necə motivasiya verilir?

18 avqust, 10:29

Ali təhsil müəssisələrinə ixtisas seçimi yekunlaşır

18 avqust, 10:06

EATDA və “Elsevier” şirkətinin nümayəndələri arasında görüş keçirilib

18 avqust, 10:05

Daha 3 RFO qalibi Qarabağ Universitetində təhsil alacaq 

18 avqust, 09:45

Azərbaycanda ilk dəfə rezidentlər donuz üzərində əməliyyat apardılar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.