.jpg)
Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 50 ümumi təhsil və 6 məktəbdənkənar təhsil müəssisəsində ümumi cari, 1 məktəbəqədər təhsil müəssisəsində isə əsaslı təmir aparılır.
Bu barədə "Azərbaycan müəllimi"nə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla yanaşı, Astara rayonunun Sərək və Şümrüd, Lənkəran rayonunun Viyən, Lerik rayonunun Cəngəmiran, Cəlilabad rayonunun Musalı, Kövüzbulaq kəndlərində və Göytəpə şəhərində yeni məktəb binaları tikilir. Məlumatda qeyd edilib ki, məktəblərin təmiri və tikintisi növbəlilik, prioritetlik prinsipi əsasında həyata keçirilir.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində 534 ümumtəhsil, 121 məktəbəqədər və 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər